Accessibility links

Əfqanıstanda hücumlar intensivləşib


Əfqanıstanın şimalındakı Baqlan vilayətinin Burka mahalında qəbilə liderinin dəfn mərasimi zamanı həyata keçirilən intiharçı hücumunun 2 polis işçisi və 7 mülki vətəndaşın ölümünə səbəb olduğu xəbər verilir. Bugünkü hücumda azı 18 nəfər də yaralanıb.

Polis rəsmiləri hücumun dəfn mərasimində iştirak edən yüksək rütbəli zabitləri və Vilayət Şurası rəsmilərini hədəf aldığını, lakin onlardan heç birinin xəsarət almadığını bildirib.

Xarici hərbi qüvvələr, Əfqanıstan hökuməti rəsmiləri və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar beynəlxalq koalisiya qüvvələrinin ölkəni tərk etməyə başlamasından sonra intensivləşib.

NATO qüvvələrinin Əfqanıstandakı missiyası bu ilin dekabr ayının 31-də başa çatmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG