Əfqanıstanın Daxili İşlər nazirliyinin verdiyi məlumata görə ölkənin cənubunda Helmənd vilayətində yol kənarında yerləşdirilmiş bomba partlayışları nəticəsində altı mülki vətəndaş həlak olub. Daxili İşlər nazirliyi mülki vətəndaşların onlara məxsus maşınların partlayıcıların üstündən keçdiyi zaman öldüyünü bildirir.
Bu arada, ölkənin şimal şərqində NATO və Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bir neçə Taliban döyüşçüsü öldürülüb. NATO-nun bildirdiyinə görə, şənbə günü Kabil yaxınlığında Kapisa vilayətində öldürülən üsyançılardan birinin Taliban komandiri olduğuna inanılır. Onun Əfqanıstan hökumətinin rəsmiləri, həmçinin koalisiya qüvvələrinə qarşı hücumlara görə məsuliyyət daşıdığı bildirilir.