Accessibility links

ADR Partiyasının fəalları Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib


Activists of the ADR Party held a protest in front of the Russian embassy
Activists of the ADR Party held a protest in front of the Russian embassy

Bu gün, martın 1-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) bir qrup fəalı Rusiyanın Azərbaycandakı Səfirliyinin binası qarşısında bu ölkənin Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq etiraz aksiyası keçirib. Polis aksiyaya müdaxilə edib, 5 nəfər saxlanılıb.

Etirazçılar “Rusiya aqressiyasına yox!” şüarı qaldırıb, “Putin rədd ol!”, “Müharibəyə etiraz edirik!”, “Rusiya Ordusu Ukrayna ərazisindən çıx get!” şüarları səsləndirib.

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir daha sübut edir ki, Azərbaycanın Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalması səhv addımdır,” aksiya iştirakçısı Ənvər Ağamalızadə deyib.

“Azərbaycan xalıq Ukrayna dövlətinin, Ukrayna xalqının yanındadır. Bunu hamı bilir,” digər aksiya iştirakçısı Rza Səfərsoy bildirib.

Aksiya iştirakçıları polisin müşayiəti ilə ADP Partiyasının bəyanatını Rusiya səfirliyinə təqdim edib.

Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüquqa ziddir və yolverilməzidr.

ADR Partiyasının fəalları Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib
ADR Partiyasının fəalları Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib

“Ukraynaya qarşı müharibə ədalətsizdir, çoxsaylı insan tələfatına, o cümlədən mülki insanların, uşaq və qocaların kütləvi məhvinə səbəb olur və dayandırılmalıdır. Bu müharibə regionda və dünyada sabitliyə təhdidir və dünya savaşına çevrilə bilər. Müharibənin dayandırılmasını və Rusiya qoşunlarının Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisini tərk etməsini tələb edirik. Dünyada və regionda müharibələrə yox deyir və lənətləyirik,” ADR-in bəyanatını partiyanın fəalı Əlövsət Sadıqlı oxuyub.

XS
SM
MD
LG