Accessibility links

ADR Hərəkatının fəalı həbs edilib


Hüseyn Məlik
Hüseyn Məlik

Sentyabrın 11-də Bakının Səbail rayon Məhkəməsi ADR Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Hərəkatından Amerikanın Səsinə deyiblər.

Hərəkat bildirir ki, Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılıb.

“Hüseyn Məlik facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və siyasi sifariş hesab edir,” ADR Hərəkatının nümayəndəsi Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG