Accessibility links

ADNA faciəsinin qurbanlarının anım aksiyasına polis müdaxiləsi [Videolar]


adna aksiya
adna aksiya

Bu gün gənc fəallar Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətlin 4-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anmağa çalışıb. Ancaq gücləndirilmiş polis dəstələri aksiyanın keçirməsinə mane olub.

Polis qüvvələri akademiyanın qanlı faciə baş verən binasını mühasirəyə alıb və heç kimi oraya buraxmayıb. Polis əllərində gül olan gəncləri binadan uzaqlaşdıraraq, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlını saxlayıb.


Bir müddət sonra Axundov kitabxanası qarşısında NİDA hərəkatının üzvü Turqut Qəmbər də saxlanılıb. Bu, polisin aksiya keçirmək üçün toplaşan 50-yə yaxın gənci dağıtmağa başlamasından sonra baş verib.


Gənclərdən ibarət daha bir qrup bu gün konsert keçiriləcək dənizkənarı parkda gül qoymağı bacarıb. Beləliklə, gənclər terror hadisəsinin ildönümü günü konsert keçirilməsinə etirazlarını bildiriblər.


Qeyd edək ki, nə hakimiyyət, nə də Neft Akademiyasının rəhbərliyi faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirməyib.

30 aprel 2009-cu ildə Gürcüstan sakini Fərda Qədirov ADNA binasına daxil olaraq, tapançadan atəş açıb. 12 nəfəri qətlə yetirən Qədirov 13 nəfəri yaralayıb. Daha sonra o, özünə qəsd edib. Bu iş üzrə Qədirovun 4 həmyerlisi mühakimə edilib – onlardan üçü ömürlük, biri isə 11 il həbs cəzası alıb.



Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG