"İslahatlar başa çatdırılmadığına görə, Azərbaycanda səhiyyə sistemi böhran vəziyyətindədir. Bu gün Azərbaycan rus və Sovet təbabətindən Qərb təbabətinə keçid dövrünü yaşayır. Sistem hələ ki, dağılmış Sovet sistemi olaraq qalır. Səhiyyənin maddi-texniki bazasına xeyli vəsait ayrılmasına baxmayaraq, prinsiplər və iş metodları dəyişməz olaraq qalır".
Bu, müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybullanın sözləridir.
Dr. Qeybulla hesab edir ki, normal sığorta sistemi olmayan yerdə normal səhiyyə xidməti ola bilməz. O, xarici şirkətlərin öz vətəndaşlarını sığorta ilə təmin etdiyini, lakin bu sığırtaların qanuni və ümumi sistemə salınmış bir sığorta olmadığını deyir.
Adil Qeybulla səhiyyədə hökm sürən neqativ halların (korrupsiya) yalnız sığorta sistemi ilə aradan qaldırılması və ictimai nəzarətin gücləndirilməsi ilə mümkünlüyünü bildirir.
Doktor Azərbaycanın Tibb Universitetində təhsil almış həkimlərin Almaniya və Türkiyə kimi xarici ölkələrdə mütəxəssis kimi çalışdıqlarını qeyd etsə də, universitetin bazası, tədris sistemi və mexanizminin Qərb standartlarına cavab vermədiyini deyir.