Accessibility links

Adam Şiff Senatda impiçment məhkəməsində "Həqiqət mühümdür" deyib


Adam Şiff
Adam Şiff

Cümə günü Demokratların Senatda ABŞ prezidenti Donald Trampa qarşı iddialarını təqdim etdiyi son gündür.

Trampın Respublikaçıların çoxluq təşkil etdiyi Senatda impiçmentin iki maddəsi üzrə təqsirli tanınmasının ehtimalı çox azdır, lakin bu, Demokrat siyasətçilərin senatorlara iddialarını təqdim etmələrinə əngəl olmayıb, çünki onlar Trampın impiç olunub, təqsirli tanınmasının doğru olduğuna inanır.

"Əgər haqqın əhəmiyyəti yoxdursa, biz yolumuzu itirmişik. Əgər həqiqətin əhəmiyyəti yoxdursa, biz yolumuzu itirmişik” - deyə, Demokrat konqresmen və Kəşfiyyat Komitəsinin sədri Adam Şif cümə axşamı Senatda son qeydlərini edərkən bildirib.

Təhlükəli cəfəngiyat

Nümayəndələr Palatasının impiçment meneceri Cerrold Nadler Trampın vəzifədən sui-istifadə etmək səbəbilə impiçment edilə bilməyəcəyinə dair iddiasını "təhlükəli cəfəngiyat" adlandıırıb.

Cümə axşamı Senatda Trampın impiçmentinə dair iddialarını Nümayəndələr Plarasının Ədliyyə Komitəsinin başçısı Nadler təqdim edib. Prezidentin gühahkar və ya gühansız olduğuna 100 üzvlük Senat qərar verəcək.

Cerald Nadler
Cerald Nadler


"Hakimiyyətinə limit tanımayan prezident respublikaya açıq hədədir" - Nadler deyib və Trampı vəzifədən sui-istifadə, xalqa xəyanət və seçkidə rüşvətxorluqda” ittiham edib. Nadler bütün bunların konstitusiyaya görə, ağır cinayət və nöqsanlar və vəzifədən uzaqlaşdırma standartlarına uyğun olduğunu söyləyib.

"Bu səhvdir, bu qeyri-qanunidir", Nadler deyib və əlavə edib ki, Trampdan öncəki 44 ABŞ prezidenti “özəyinə qədər sarsılacaq”. Nadler deyib ki, Trampın qanun pozuntuları "prezident Niksonu kölgədə qoyur”. Nikson 1970-ci illərdə yaşanan siyasi böhran nəticəsində impiç edilmədən istefa vermişdi.

"Prezident Tramp sözdə və əməldə belə bir halda müqavimət göstərəcəyinə işarə edib. O, ölkəmizə, seçkilərimizin dürüstlüyü və demokratik nizamımıza hədədir. O bir dəqiqə belə hakimiyyətə qalmamalıdır", Nadler deyib.

Ukraynaya təzyiq

Tramp Ukraynanı sabiq vitse-prezident Co Baydenlə bağlı korrupsiya təhqiqatı aparmağa təzyiq göstərməkdə günahlandırılır. O həmçinin prezident Volodimir Zelenski açıq şəkildə Baydenlə bağlı təhqiqatın aparıldığını demədiyi və 2016-cı ildə Trampın kampaniyasına mane olmaq məqsədilə ABŞ prezident seçkilərinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etmədiyi təqdirdə Ukraynaya hərbi yardımı dayandırmaqda ittiham olunur. Baydenlərin əleyhinə heç bir sübut üzə çıxmayıb.

Volodimir Zelenski və Donald Tramp
Volodimir Zelenski və Donald Tramp

Şiff deyib ki, Trampın yeganə məqsədi Baydenlərlə bağlı təhqiqatın aparılmasıdır, xüsusilə də rəy sorğuları sabiq vitse-prezidentin seçkidə Trampa qalib gələcəyini göstərdiyi üçün.

Floridalı nümayəndə Val Denninqs deyib ki, Respublikaçılar düşünür ki, Demokratları yalnız növbəti seçkidə qalib gəlmək və Trampın ikinci dəfə prezident seçilməsinin qarşısını almaq narahat edir.

Tramp cümə axşamı Demrokatların impiçment iddialarını yenidən lağa qoyub.

Tramp və vəkilləri impiçment araşdırması zamanı Nümayəndələr Palatasının Ədliyyə Komitəsində dəvət olunsalar da, bunu rədd etmişdilər.

İki maddə

Trampa qarşı impiçmentin iki maddəsi irəli sürülüb: vəzifəsindən sui-istifadə etmək və Konqresin onun Ukrayna ilə bağlı hərəkətlərini təhqiq etmək səylərinin qarşısını almaq.

Demokratlar cümə günü iddialarını təqdim etməyi bitirəndən sonra Trampın vəkilləri şənbə günündən etibarən üç gün boyunca müdafiələrini təqdim edəcəklər.

"Nümayəndələr Palatasında haqsız rəftar gördükdən və daha sonra Dəyişkən Şiff, Ağlayan Çak Şumer və onların komandaları tərəfindən saatlar boyunca yalan, fırıldaqçılıq və aldatmaya məruz qalandan sonra belə görünür mənim vəkillərim müdafiəyə şənbə günü başlamalı olacaqlar, televiziya bunu Ölüm Vadisi adlandırır" – deyə, Tramp cümə günü Twitterdə yazıb.

Trampın vəkillərindən biri Cey Sekulov çərşənbə günü keçirilən məhkəmə prosesindən sonra deyib ki, impiçment dinləmələrinin keçirilməsi belə gülüncdür.

Tramp proses boyunca Zelenski ilə telefon danışığında yanlış heç nə etmədiyini deyib və yarım saat davam edən telefon danışığın “mükəmməl” keçdiyini deyib.

Sekulov deyib: “Biz şübhəsiz inanırıq ki, prezident bəraət qazanacaq. Buna şübhə yoxdur”.

XS
SM
MD
LG