Accessibility links

Təbriz və Urmiyədə milli fəallar təhlükəsizlik qurumları tərəfindən təhdid edilib


Təbriz
Təbriz

Azərbaycanın böyük şəhərlərində Urmiyə gölünün vəziyyətinə etiraz əlaməti olaraq dinc mitinqə çağırışlar olduqdan sonra təhlükəsizlik qüvvələri Təbriz və Urmiyə şəhərlərində milli fəalları kəşfiyyat idarəsinə çağırmağa və təhdid etməyə başlayıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, iyulun 16-da Urmiyə və Təbriz şəhərlərində çoxlu sayda türk fəal təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb.

Mikayıl Qalipur, Huşəng Nağızadə, Əta Kərimi, Əmir İbrahimli, Əli Əzizi, Behzad Paşazadə, Milad Muxtari iyulun 16-da səhər Urmiyənin təhlükəsizlik orqanları tərəfindən Urmiyə gölü ilə əlaqədar etiraz aksiyasına qatılmamaları ilə hədələnən türk fəallar arasındadır.

Həmçinin Təbriz sakini olan Sara Turi öz Instagram səhifəsində dəfələrlə təhlükəsizlik qüvvələrinin ona bilinməyən nömrələrdən zəng etdiklərini bildirib.

Təbrizdə Şahin Bərzigər axtarışa verilib və cənab Kərim İsmayılzadə ilə də əlaqə saxlanılıb, kəşfiyyat idarəsinə çağırılıb və hər hansı bir mitinqə qatılması haqda hədələnib.

XS
SM
MD
LG