Accessibility links

“Aclığa Salam” kampaniyasına qatılan güneyli fəalların sayı artır


Aclıq edən güneyli məhbuslar
Aclıq edən güneyli məhbuslar
İran Azərbaycanı və muxtəlif ölkələrdə yaşayan milli fəallar İran həbsxanalarında özləri və ailələrinə qarşı artan basqılar və əziyyətlərə etiraz olaraq aclıq aksiyasına başlayan güneyli məhbuslara dəstək olaraq “Aclığa Salam” adlı kampniya təşkil ediblər.

Güney şəhərləri, həmçinin Azərbaycan Respubliası, Türkiyə, Avropa və Şimali Amerikadan “Aclığa Salam” kampaniyasına qatılan onlarla milli fəal sosial mediada İran zindanlarında aclıq edən güneyli məhbuslara dəstək olaraq 3 günlük aclıq aksiyası keçirəcəklərini bildiriblər.

Azərbaycan veb səhifələri kampaniyaya qatılanların sayının günbəgün çoxaldığını qeyd edib.

Son vaxtlar özləri və ailələrinə qarşı tətbiq edilən basqılar və təhdidlərə etiraz olaraq aclıq edən güneyli məhbusların sayı çoxalıb. Hazırda tanınmış dil hüquqları fəalı Səid Mətinpur, habelə milli fəallar Yürüş Mehrəlibəyli və Behnam Şeyxinin aclıq aksiyasında olduğu bildirilir.

Həmçinin ötən həftələrdə milli fəal Mahmud Fəzli, əmək fəalı Şahrux Zamani, öyrənci fəal Arəş Məhəmmədi, məhbus musiqiçi İsmayıl Bərzgəri və təbrizli həkim Əsədüllah Əsədi aclıq aksiyası keçiriblər.

Hüquq müdafiəçiləri aclıq edən məhbusların səhhəti ilə bağlı narahat olduqlarını bəyan edib.
XS
SM
MD
LG