Accessibility links

Aclıq aksiyasını dayandıran ictimai fəallar: Fəaliyyətimizi davam etdirməliyik!


Aclıq aksiyası davam etdirilir
Aclıq aksiyası davam etdirilir

Müsavat Partiyasının mənzil qərargahında "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən açlıq aksiyası dayandırılıb. Bu barədə yanvarın 15-dən aclıq aksiyasına qoşulan, siyasi məhbus kimi tanınan Fuad Əhmədlinin atası Fuad Əhmədov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, həbs yerlərində aclıq edən siyasi məhbus kimi tanınan şəxlərə də müraciət edilib.

"Siyasi məhbuslar bizim müraciətimizi müsbət qarşılayıb və yanvarın 23-dən onlar da aclıq aksiyasını dayandıracaq," Əhmədov Amerikanın Səsinə deyib.

Əhmədov aksiyanın siyasi liderlərin, əqidədaşlarının xahişlərindən sonra dayandırıldığını deyib.

Siyasi məhbuslar bizim müraciətimizi müsbət qarşılayıb və yanvarın 23-dən onlar da aclıq aksiyasını dayandıracaq.
Zəfər Əhmədov, aclıq edən fəal

"Aksiyanın dayandırlmasına səbəb həmçinin prokurorluğun Mehman Hüseynovun cinayət işinə xitam verilməsi səbəb oldu. Bir də biz ictimai-siyasi fəaliyyətimizi də davam etdiməliyik," o qeyd edib.

Müsavat Partiyasının mənzil qərargahında keçiriləın aclıq aksiyasında ümumilikdə 19 ictimai fəal iştirak edib.

Bununla yanaşı, Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində aclıq edən məhbusların olmadığını bildirir.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Hüseynov dekabrın 26-dan etiraz olaraq aclığa başladığını bəyan edib. Blogerin aclıq aksiyasına geniş ictimai dəstək olub.

Nəhayət yanvarın 22-də prokurorluq bloğer barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

XS
SM
MD
LG