Accessibility links

Aclıq edən jurnalistin məhkəməsi təxirə salınıb


Aclıq edən jurnalistin məhkəməsi təxirə salınıb
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Yanvarın 21-də Sumqayıt Apelyasiya Məhkəməsində aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun işi üzrə keçiriləcək olan məhkəmə təxirə salınıb. Səbəb olaraq COVID-19 pandemiyası və Əfqan Sadıqovun müalicə aldığı Penitensiar xidmətin müalicə müəssisəsində məhkəməyə online qoşulmaq üçün şəraitin olmaması göstərilib. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

XS
SM
MD
LG