Accessibility links

Aclıq çəkən şirin görüntüləri qlobal narahatlığa səbəb olub


Sudan zopparkında aclıq çəkən şir
Sudan zopparkında aclıq çəkən şir

Sudanın paytaxtındakı zooparkdakı paslı qəfəslərdə qabırğaları çıxmış, dərisi çəkilmiş susuz qalan və çarəsiz ac şir görüntülənib.

Sosial mediada yerli heyvan hüquqları müdafiəçisi tərəfindən paylaşılan bu görüntülər dünyanın hər yerində minlərlə insanın diqqətini çəkib. Lakin yerli fəal Zuhair al-Saraqın bildirdiyinə görə, Xartum zooparkında iki şiri xilas etmək kifayət deyildi.

"Bu, həqiqətən bir cinayətdir. Kimsə cavabdeh olmalıdır" - deyə, o əlavə edib.

Məlum olduğu kimi Xartumdakı zoopark maliyyə problemləri səbəbi ilə heyvanların yemlənməsi və baxımını həyata keçirmək iqtidarında deyil. Bu səbəbdən də heyvanların bir çoxu ya həyatını ititirb ya da oradan evakuasiya edilib. Hazırda zooparkda 3 şir hələ də qalmaqdadır.

Ölkəni bürümüş iqtisadi böhrana baxmayaraq, şirilərin taleyindən narahat olan yerli sakinlər ərzaq və tibbi əşyalar gətirərək heyvanların köməyinə gəlib. Ölkədə artan ərzaq qiymətləri Sudanda böyük etraz aksiyalarına səbəb olaraq, uzun illər ölkəni idarə etmiş avtokrat lider Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib.

Bir neçə aydan sonra mülki-hərbi keçid höküməti Əl-Bəşirin hakimiyyətini əvəz edərək, ölkənin 60 milyard dollarlıq borc problemini, uzaq vilayətlərdəki üsyanları və digər problemləri həll etməyə çalışdı.

Lakin hələ də davam edən iqtisadi çətinliklər və qiymət artımları heyvanların da zərər görməsinə səbəb olub.

Təcili xilasetmə qrupu da daxil olmaqla "bir çox beynəlxalq təşkilatlar şirlər kömək etməyə hazırdır" - deyə, fəal Osman Məhəmməd Salih bildirib. O, internet vasitəsi ilə kömək istəyən ilk fəaldır.

Xarici ölkələrdən çox kömək təklif olunmasına baxmayaraq, Salih qeyd edib ki, ABŞ-ın Sudana sanksiya tətbiq etmədi nəticəsində GoFundMe və digər bu kimi platformalardan zooparka maliyyə yardımlarının göndərilməsi hələ ki imkansıdır.

Dünya Bankının keçmiş iqtisadçısı olan Sudan Baş naziri Abdullah Həmdok ABŞ-ın Sudanın terrorizmin dövlət sponsoru olaraq tanımasının qarşısını almağı öz missiyasına çevirib ki, ölkəyə çox ehtiyac duyduğu xarici yardım və investisiyanı cəlb edə bilsin. İqtisadi çətinliklər demokratiyaya kövrək keçid dövrü hökumət qarşınsıda sınaqdır.

"Bütün bunlara baxmayaraq, yenilənmə, şəfa və yenidənqurma marafonu ... davam edir" - deyə, aktivist Saleh Facebook-da yazıb.

O, çərşənbə günü könüllülər yemək gətirdikdən sonra zooparkda qalan şirin fotosunu paylaşaraq, onun "gözəl tərəqqi" əldə etdiyini söyləyib.

XS
SM
MD
LG