Accessibility links

ABŞ Ədliyyə Nazirliyi Uitakerin baş prokuror vəzifəsinə təyin olunmasını müdafiə edir


Metyu Uitaker
Metyu Uitaker

ABŞ Ədliyyə Nazirliyi prezident Donald Trampın Metyu Uitakeri müvəqqəti baş prokuror vəzifəsinə təyin etməsinin qanuni olduğunu bildirir.

Nazirliyin Hüquqi Məsləhət idarəsi bildirib ki, Tramp nazirlikdə ikinci şəxsi olan baş prokurorun müavini Rod Rozensteyni yan keçərək, onun yerinə Uitakeri təyin etmək hüququna sahibdir. 49 yaşlı Uitaker o zaman Seşşınsın aparat rəhbəri vəzifəsində çalışırdı.

Uitakerin bu vəzifəyə təyin olunması mübahisələrə səbəb olub, çünki daha əvvəl o, Rober Müllerin Trampın 2016-cı il prezident seçki kampniyasının Rusiya ilə əlaqələrini və Trampın prezident olaraq istintaqın qarşısını almağa cəhd edərək ədaləti əngəlləyib-əngəlləmədiyini təhqiq edən istintaqını tənqid edib.

Trampın demokrat rəqibləri və bəzi respublikaçılar Uitakerin Müllerin istintaqına xələl gətirəcəyi və ya istintaq başa çatmadan onu işdən çıxaracağına dair narahatlıqlarını dilə gətirib.

XS
SM
MD
LG