Yanvarın 7-də ABŞ-ın ticarət üzrə nümayəndə heyətinin Çinə səfər edəcəyi deyilir.
Bu, ABŞ prezidenti Donald Tramp və Çiyin prezidenti Şi Tsinpin dekabrın 1-də Argentinada baş tutan görüş zamanı ticarət gərginliyini azaltmaqla bağlı razılıq əldə edəndın sonra iki təfərin ilk üz-üzı görüşü olacaq.
ABŞ nümayəndə heyətinə ticarət məsələləri üzrə nümayəndənin müavini Ceffri Gerriş başçılıq edəcək. Bundan əlavə isə nümayəndə heyətinin tərkibində maliyyə nazirinin beynəlxalq məsələlər üzrə muavini Deyvid Malpass da iştirak edəcək.
ABŞ və Çin aylardır ticarət müharibəsi aparır. Hər iki tərəf bir-birilərinin yüz milyarlarla dollar dəyərində mallarına tariflər tətbiq edib.
Buenos Ayresdə keçirilən görüş zamanı iki lider dünyanın iki ən nəhəng iqtisadiyyatı arasındakı ticarət müharibəsində 90 günlük atəşkəsə dair razılıq əldə edib.
Tramp həmçinin 200 milliard dollar dəyərində Çin mallarına tarifi 10 faizdə saxlamağa razılaşıb. Daha öncə o, bu tarifləri yanvarın 1-dən etibarən 25 faizə qaldırmaqla hədləyirdi.