Accessibility links

ABŞ-ın tanınmış siyasətçilərinin ara seçkilər haqda fikirləri


ABŞ-da Konqresə ara seçkilər keçirilən zaman bir sıra tanınmış siyasətçilər növbəti iki il ərzində Konqresə kimin nəzərət edəcəyini müyyənləşdirəcək seçkilərlə bağlı fikirlərini bildirir.

Keçmiş vitse-prezident Co Bayden 2020-ci ildə yenidən seçilmək üçün Ağ Ev uğrunda mübarizədə respublikaçı prezident Donald Trampın rəqibi ola bilər. O deyib ki, demokratlar Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsə, çox təəccüblənərdi.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden

“Bu, mənim həyatımda ən mühüm ara seçkilərdir. Bu, ölkənin xarakteri haqda seçkidir”-deyə, Bayden bildirib.

Vitse-prezident Mayk Pens USA Today qəzetində yazdığı baş məqalədə bildirib ki, “respublikaçılar nəticələr göstərdiyi halda, demokratlar bir söz seçib-müqavimət göstərmək”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens

“Demokratların siyasətləri daha liberal deyil, həmişə olduğundan daha təhlükəlidir. Onlar nəhəng vergi imtiyazları, daha zəif sərhədlər və hökumətin səhiyyə sisteminə tam nəzarət edilməsini istəyir ki, bu da bizim ailələrimiz və yaşlılarımıza ziyan vuracaq”-Mayk Pens məqalədə yazıb.

2016-cı ildə prezident seçkilərində Trampa məğlub olmuş ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Twitter səhifəsində yazıb: “Son iki ildə biz administrasiyanın hücum etdiyini və bizim demokratik təsisatlarımız və dəyərlərimizi zəiflətdiyinin şahidi olmuşuq. Bu gün biz deyirik ki, bəsdir”-Klinton bildirib.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton

“Lakin biz təkcə radikalizm, fanatizm və korrupsiya əleyhinə səs vermirik. Biz bütün ölkə boyu, qadınların tarixdə ən böyük sayı da daxil olmaqla, minimum əmək haqqının artırılmasını, ədalət uğrunda mübarizə aparılmasını və daha çox insanın səhiyyə xidmətləri almasını istəyən fantastik namizədlərə səs veririk”-deyə, Klinton əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan

Nümayəndələr Palatasının spikeri Pol Rayan respublikaçıların ara seçkilərdən sonra palatada üstünlüyü saxlaya biləcəyi ilə bağlı ehtiyatlı nikbinliyini bölüşdüyünü deyərək, ABŞ iqtisadiyyatının durumu və respublikaçıların Konqresdə nailiyyətlərini qeyd edib.

Lakin Pol Rayan Fox tele-kanalına müsahibədə respublikaçıların Nümayənədlər Palatasında üstünlüyü itirə biləcəyini də etiraf edib. “Tarix bizim tərəfdə deyil”-deyən Pol Rayan ABŞ-da siyasi tendensiyaların prezidentin dörd illik hakimiyyəti dövründə keçirilən ara seçkilərdə Ağ Evə nəzarət edən partiyanın və indiki halda respublikaçıların xeyrinə olmadığını qeyd edib.

XS
SM
MD
LG