Accessibility links

ABŞ vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb


“COVID-19 səbəbi ilə Azərbaycana səyahət etməyin. Terrorizm narahatlığı üzündən səyahətə yenidən baxın.”

Bu barədə ABŞ Dövlət Departamenti saytında xəbərdarlıq yerləşdirib.

Xəbərdarlıqda Dövlət Departamenti öz ölkəsinin vətəndaşlarına Azərbaycana və Ermənistana səyahət etməməyi tövsiyə edib.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə, 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib.

Dövlət Departamenti xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsini göstərib.

Bu səbəbdən Azərbaycan-İran sərhədinə də lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur.

“Azərbaycana uzun müddətdir mümkün terror hücumları planlaşdıran terorçu qruplar tərəfindən risklər qalmaqdadır. Bu səbədən Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin. Terroristlər heç bir xəbərdarlıq etmədən belə hücum edə bilər, turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları/ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf ala bilərlər.”

Həmçinin xəbərdarlıqda Dağlıq Qarabağa getməmək tövsiyyə olunub. Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.

“Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin xəbərdarlıq edilmədən beynəlxalq sərhədləri keçə biləcəyinə diqqət yetirin. Yollar nəzarət məntəqələri tərəfindən idarə oluna bilər və ya xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlana bilər.”

ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib.

Xatırladaq ki, 2020-ci ildə sentyabrın 27-də Dağlqı Qarabağda başlayan aktiv döyüş əməliyyatlarından öncə də ABŞ Dövlət Departamenti xəbərdarlıq yaymışdı.

XS
SM
MD
LG