Bir ABŞ astronavtı və iki rus kosmonavtı altı aylıq missiya həyata keçirmək üçün cümə günü Beynəlxalq Kosmik Stansiyasına (ISS) çatıb.
NASA-dan Mark Vande Hei, rusiyalı Oleq Novitskiy və Pyotr Dubrov Baykanur Kosmodromundan Soyuz MS-18 kosmik gəmisi ilə kosmosa uçub.
Hər üçü də 60 il əvvəl - 1961-ci ildə kosmosa uçan ilk insan Yuri Qaqarinin şərəfinə adlandırılmış kapsul vasitəsi ilə yola salınıb.
Missiya eləcə də NASA-nın ilk kosmik gəmisinin uçuşunun 40-cı ildönümünü qeyd edir.
Onların stansiyaya səyahətləri təxminən üç saat çəkib və iki dəfə Yer ətrafında orbiti əhatə edib.
Mütəxəssilər ISS-də olduqları müddətdə biologiya, bio-texnologiya və Yer elmi təcrübələri üzərində iş aparacaq.
NASA-dan Keyte Rubins və rus kosmonavtlar Sergey Rıjikov və Sergey Kud-Sverchkov 17 aprel tarixində kosmik stansiyadan Yerə geri dönəcək.