ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Hərbi Tibbi Strateji görüşə sponsorluq edib.
ABŞ Səfirliyinin Facebook səhifəsində yaydığı məlumata görə, tədbirin əsas məqsədi iştirakçılara birgə tibbi imkanların aşkarlanması üçün uzunmüddətli məqsədlərin müəyyən edilməsinə yardım göstərməkdir.
Tədbirə ABŞ-ın Avropa Hava Qüvvələri, Quru Qoşunları, Oklahoma Milli Qvardiyası, İngiltərə və Azərbaycandan olan həmkarlar qatılıb. Tədbir zamanı iştirakçılar Müdafiə Nazirliyinin Hərbi Tibbi Hospitalını ziyarət edib. İştirakçılar həmçinin hospitalın yaxınlığında yerləşən digər hərbi tibbi müəssisəni də ziyarət edib. ABŞ-dan gələn iştirakçılar azərbaycanlı və ingilis həmkarları ilə birgə çalışıb.