Accessibility links

ABŞ Səfirliyi Azərbaycan gəncləri üçün ətraf mühit proqramı elan edib


ABŞ Səfirliyi Birləşmiş Ştatlarda 12 günlük təhsil turunu əhatə edən orta məktəb şagirdlərinə yönlənmiş "Azərbaycan gəncləri üçün ətraf mühit" mövzusunda liderlik mübadilə proqramına qəbul prosesini elan edib.

Proqramda 1 iyul 2021-ci ilədək 16 yaşı tamam olan və ətraf mühit ilə yaxından maraqlanan gənclər iştirak edə bilər,

Azərbaycan Gənclərinin Ətraf Mühit Proqramı (AYEP) ABŞ-ın Bakıdakı Səfirliyi tərəfindən maliyyələşdirilən mübadilə proqramıdır.

ABŞ Səfirliyi bildirir ki, AYEP ABŞ-da 12 günlük mübadilə zamanı azərbaycanlı gənclərə liderlik bacarıqlarını gücləndirmək və ətraf mühit obyektləri ilə ictimai işlərə cəlb etmək imkanı təqdim etməyi hədəfləyir. AYEP-in Massachusetts və Vermontda 21 avqust - 1 sentyabr 2 tarixləri arasında keçirilməsi planlaşdırılır.

“AYEP proqramı vasitəsi ilə iştirakçılar ətraf mühitin qorunması yolu ilə cəmiyyətin fəal üzvləri və cəmiyyətlərinə daha çox cəlb oluna biləcəkləri bir anlayışı inkişaf etdirəcəklər. Proqramın məqsədi tənqidi düşünmə, problemi həll etmək və liderlik bacarıqlarını inkişaf etdirmək, ətraf mühitin davamlılığının sosial, ekoloji və iqtisadi komponentlərinin anlaşılmasını yaxşılaşdırmaq, ABŞ və Azərbaycan vətəndaşları arasında mədəniyyətlərarası ünsiyyət və anlaşma yaratmaqdır,” məlumatda deyilir.

Bu proqram tamamilə İngilis dilində olacaq, və bu səbəbdən ingilis dilini bilmək proqram üçün şərtdir.

XS
SM
MD
LG