Accessibility links

ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib


Li Litzenberger
Li Litzenberger

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Amerika xalqı adından Novruz bayramı münasibəti ilə təbrik edib.

Səfirin təbrikində deyilir:

“ABŞ Səfirliyi və ABŞ xalqı adından Azərbaycan xalqına sağlam və xoşbəxt Novruz diləyirəm. 2019-cu il bütün ölkənin Novruz tətilinə hazırlaşdığı bir dönəmdə mənə Azərbaycana gəlmək qismət oldu. Ölkəyə gəldiyimdə əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşdım, şənliyə hazırlaşmış ailələr, göz qamaşdıran rənglər, hər yerdə, həmçinin səfirlikdə qalanmış tonqallar və dünyada daddığım ən dadlı yeməklərlə tanış oldum. Bu, mənim üçün Azərbaycan mədəniyyəti və cəmiyyətinə həqiqətən xüsusi bir giriş idi. Bakıda olduğum ilk ay ərzində mənə göstərilən qonaqpərvərliyi heç vaxt unutmayacam. Novruz dünyada yüz milyon insan üçün icmaların və ailələrin bir araya gələrək yeni ilə başlamalarını qeyd etdikləri bir bayramdır. ABŞ-da da son zamanlarda Azərbaycandan və bölgədəki digər ölkələrdən gələn immiqrantlar sayəsində Novruz bayramı müxtəlifliyi ilə seçilən mədəni təqvimimizə xoş bir əlavə olub. COVID-19 bayramları geniş miqyaslı qeyd etməyi çətinləşdirsə də səmimi qəlbdən ümid edirəm ki, hamınız sağlam və təhlükəsiz bir bayram keçirəcəksiniz və gələn il hamımız bayramı birgə qeyd edəcəyik. Novruz bayramınız mübarək,” səfir Li Litzenberger qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Azərbaycanda yazın gəlişi martın 20-də Bakı vaxtı ilə saat 13:37-yə təsadüf edəcək.

XS
SM
MD
LG