Accessibility links

ABŞ Demokratik Milli Konvensiyasında maska taxmaq və məsafə saxlamaq tələb olunur


Gələn ay Milokidə Demokratik Milli Konvensiyasına qatılan hər kəs üzünə maska taxmalı, COVID-19 üçün gündəlik sınaqdan keçməyə razılıq verməli, anketlər doldurmalı və aralarında məsafə saxlamalıdır.

Konqresin təşkilatçıları dörd günlük tədbirin başlanmasına üç həftə qalmış, bazar ertəsi koronavirusla bağlı təhlükəsizlik planının detallarını açıqlayıb. Konqres adəti üzrə keçirildiyindən fərqli olacaq. Belə ki, Konqres Milokidə yerləşən Viskonsin Mərkəzinə cəmi bir neçə yüz adam toplaşmaqla əsasən onlayn vasitəsilə keçiriləcək.

İştirakçılar Milokiyə getməzdən əvvəl və ya şəhərdə olduqları təqdirdə əvvəlcə Konqresin keçiriləcəyi əsas məkana girmədən azı 72 saat əvvəl özünü təcrid etməli, hər gün COVID-19 simptomları olmadığı və yoluxan heç kəslə əlaqə qurmadığını göstərən gündəlik anket doldurmalı olacaq.

Konqresin bütün qonaqları, hüquq-mühafizə orqanları, media və işçilər gündəlik COVID-19 testini ya Wisconsin Mərkəzində, ya da başqa bir ərazidə keçirməyə razı olmalıdırlar. Konvensiya təşkilatçılarının sağlamlıq vəziyyətinin dəyişməsinə əsas verə biləcək digər ağlabatan məhdudiyyətlərə əməl edilməsinə razılıq verməlidirlər.

Prezidentliyə demokrat namizəd Co Bayden də daxil olmaqla, hər kəsdən içəridə maska taxması tələb edilsə də, nitq söyləyənlərin maskalarını çıxarmalarına icazə veriləcək. Kürsü digər insanlardan 20 metr məsafədə olacaq. Təşkilatçılar, həmçinin tədbir iştirakçılarını gözlərini qorumaq üçün üz qalxanı və ya eynək taxmağa təşviq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG