Accessibility links

ABŞ: Rusiya ordusu Venesuelada sülhə hədədir


Karakasda divarda "Maduro.Diktator.İstefa" yazısı yazılıb. 27 mart 2019
Karakasda divarda "Maduro.Diktator.İstefa" yazısı yazılıb. 27 mart 2019

Ağ Ev yenidən Rusiya daxil olmaqla başqa ölkələrə, Venesuelaya hərbi ehtiyat göndərməmələri barədə xəbərdarlıq edib, eyni zamanda isə Venesuelanın mübahisəli prezidenti Nikolas Maduronun “hakimiyyətdə qalmaq üçün davamlı olaraq xarici hərbi personaldan istifadəsini” tənqid edib.

Milli təhlükəsizlik müşaviri Con Bolton bu bəyanatı cümə günü, ABŞ prezidenti Donald Tramp Rusiyanın Venesueladan “çıxmalı olduğunu” deməsindən iki gün və Rusiyanın hərbi personalının Venesuelaya daxil olmasından sonar edib.

“Maduro bu hərbi dəstəkdən yalnız Venesuela xalqını təqib etmək, Venesuela iqtisadiyyatını məhv edən iqtisadi böhranı davam etdirmək və regional sabitliyə təhlükə yaratmaq üçün istifadə edəcək”, Bolton deyib. “Biz Venesuela ordusunu Venesuela vətəndaşlarını müdafiə etmək öhdəliyini yerinə yetirməyə çağırırıq”.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton
ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton

Ağ Evin milli təhlükəsizlik müşaviri həmçinin deyib ki, Birləşmiş Ştatlar “” Qərb Yarımkürəsindən olmayan ölkələri Venesuela və ya bu yarımkürədəki hər hansı başqa yerə hərbi ehtiyat göndərməməsinə qarşı xəbərdarlıq edir. Bəyanatda bu cür addımların regional təhlükəsizliyə qarşı “birbaşa” təhlükə olaraq görüldüyü deyilir.

Quaydo: Tibbi dəstək gəlir

Bu arada isə Quaydo cümə günü növbəti saatlar ərzində ölkəyə “mühüm tibbi dəstəyin” gələcəyini elan edib, lakin məsələ ilə bağlı detal verməyib.

Quaydo fevral ayındaKolumbiya və Braziliyadan venesuelaılara yardım çatdırmağa çalışıb. Lakin Maduro yardım sylərini Birləşmiş Ştatlar tərəfindən işğal adlandırıb. Təhlükəsizlik qüvvələri yarımdan imtina edib və sərhəddə etirazçılarla qarşıdurma yaşayıb.

ABŞ prezidenti Donald Tramp və Venesuelanın müxalifət lideri Xuan Quaydonun həyat yoldaşı Fabiana Rozales
ABŞ prezidenti Donald Tramp və Venesuelanın müxalifət lideri Xuan Quaydonun həyat yoldaşı Fabiana Rozales

Maduro höküməti Quaydonu 15 il ərzində vəzifədə olmasına qadağa qoyduğunu bildirir, lakin Quaydo hərəkatını “küçələrdədavam etdirəcəyini” söyləyib.

Tramp çərşənbə günü bir müxbirin Birləşmiş Ştatların rusları Venesueladan çıxarmaq üçün ora qoşun göndərmək niyyətində olub-olmadığına dair sualına “bütün variantlara açığıq” deyə cavab verib. Tramp Moskvanın ABŞ-ın mövqeyindən xəbərdar olduğunu əlavə edib.

XS
SM
MD
LG