Accessibility links

ABŞ Qana vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib


ABŞ çərşənbə günü Qana vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib. Bu məhdudiyyət Afrika ölkəsinin vətəndaşlarının ABŞ-a gəlmələrini çətinləşdirir.

Tramp administrasiyası Qananı ABŞ-dan Qanaya deportasiya edilən vətəndaşlarını qəbul etməməkdə təqsirləndirib.

“Qana beynəlxalq qanuna görə ABŞ-dan deportasiya edilən vətəndaşlarını ölkəyə qəbul etməsinə dair öhtəliklərini yerinə yetirə bilməyib” deyə daxili təhlükəsizlik naziri Kirstin Nilsen bildirib.

ABŞ vaxtaşırı ABŞ-dan çıxarıldıqdan sonra insanların doğulduqları ölkəyə daxil olmasına icazə verməyən bu ölkələrə viza məhdudiyyətləri tətbiq edir.

İyulda Daxili Təhlükəsizlik Nazirliyi ABŞ-dan deportasiya edilən vətəndaşlarını vaxtında qəbul etmədiyinə görə Birma və Laosa qarşı viza məhdudiyyətləri tətbiq edib. Məhdudiyyətlər bu ölkələrdən ABŞ-a B1 və B2 qeyri-imiqrasiya vizaları ilə turist qismində səfərlər və ya biznes səfərləri edən insanlara təsir edib.

Nazirlik son sanksiyaların hansı viza növlərinə təsir göstərəcəyi barədə təfsilata varmayıb.

XS
SM
MD
LG