Accessibility links

ABŞ prezidenti OPEC-i tənqid edib


ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin olduca yüksək olduğunu deyərək, buna görə OPEC ölkələrini günahlandırıb.

Keçən il ərzində neft ixrac edən ölkələrin və quruma üzv olmayan neft istehsal edən dövlətlərin hasilatı azaltmasına görə neftin qiyməti 60 faiz artıb. Bunun məqəsdi hasilatın tələbatı üstələməsinə yol verilməməsi olub.

Bəzi ölkələr hazırda hasilatı qaldırmağa başlayıb.

Ekspertlərin fikrincə, 2018-ci ildə neft bazarının perspektivlri qeyri-müəyyəndir.

İyunun 22-i və 23-də Vyanada OPEC-in toplantısı olmalıdır. Qurum neft hasilatının həcmini müzakirə edəcək.

ABŞ-da yanacaq qiymətlərinin artması iqtisadi inkişafı ləngidir. Yay mövsümündə qiymətlər daha da artaraq, bir qallon (3.8 litr) yanacağın dəyəri 3 dollara yaxındır. Bu göstərici 2008-ci ilin resessiyası zamanı 4 dollar idi.

“Yanacaq qiymətləri yüksəkdir. Bunun arxasında OPEC durur”- deyə, Tramp tvit edib.

XS
SM
MD
LG