Accessibility links

ABŞ-da COVID-19 pandemiyasından ölənlərin sayı 400 mini keçib


Cons Hopkins Universiteti Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, hazırda ABŞ-da COVID-19 pandemiyasından ölənlərin sayı 400 mini keçib.

Pandemiya səbəbindən ölənlərin xatirəsi Vaşinqton şəhərində gecə Linkoln memorialı qarşısındakı hovuzun ətrafına 400 işığın yandırılması ilə anılıb.

Mərasimə ölkənin növbəti prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris inaqurasiya ərəfəsində rəhbərlik edib.

“Bəzən xatırlamaq çətindir, amma biz belə sağalırıq. Bunu bir millət olaraq etmək vacibdir" - deyə, yeni seçilən prezident qısa açıqlamasında bildirib.

Yeni seçilmiş vitse-prezident Kamala Harris "Aylardır kədər içərisindəyik. Bu gecə kədərimizi birlikdə yaşayırıq və birlikdə sağalmağa başlayırıq" deyib.

Koronavirusa 24,2 milyondan çox təsdiqlənmiş yoluxma halı və ölüm halları ilə Amerika Birləşmiş Ştatları dünyada liderdir. Çərşənbə axşamı COVID-19-a 3 milyondan çox yoluxma halı qeydə alınan Kaliforniya ştatı isə ABŞ-da birinci yerdədir.

Çərşənbə axşamı The New York Times qəzetində dərc edilən bir xəbərdə Kaliforniyada koronavirusun yeni bir variantının aşkar edildiyi deyilib. Times CAL.20C adlanan yeni variantın dünya boyu aşkar edilmiş digər variantlardan daha ölümcül olduğuna dair heç bir dəlil olmadığını bildirib. Lakin bir araşdırmaçı qəzetə CAL.20C variantının daha sürətlə yayıldığını, xüsusilə Los- Anceles və Kaliforniyanın cənub bölgələrindəki xəstəxanaları çökmə həddinə çatdırdığını deyib.

Kaliforniyanın kütləvi peyvənd səyləri isə maneələrlə qarşılaşıb. Ştatın epidemioloqu bazar günü bəzi insanlarda güclü allergiya reaksiyaları verdiyi üçün Moderna peyvəndindən istifadə edilməməsini tövsiyə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG