ABŞ hökuməti COVID-19 peyvəndinin 100 milyon dozasını hazırlamağa müvəffəq olduqları təqdirdə Amerikanın formakologiya nəhəngi Pfizer və Almaniyanın bio-texnoloji şirkəti BioNTech SE-yə 1.95 milyard dollar ödəyəcək.
Çərşənbə günü şirkətlər ABŞ-la razılaşma əldə etdiklərini bildirib. Şirkətlərin birgə hazırladığı peyvənd Səhiyyə və İnsanlara Xidmət Departamenti və Müdafiə Nazirliyi tərəfindən paylanacaq.
Səhiyyə və İnsanlara Xidmət Departamentinin baş katibi Aleks Azar çərşənbə günü ABŞ-ın Fox News xəbər agentliyinə verdiyi müsahibəsində deyib ki, peyvənd "etibarlı və effektiv" olduğu təqdirdə 500 milyon əlavə doza alına bilər.
2021-ci ilin yanvar ayınadək 300 milyon təsdiqlənmiş peyvənd əldə edilməsi prezident Trampın virusla mübarizə planının bir hissəsidir.
Dünyada istehsal edilən vaksinlərin 20-yə qədəri insanlar üzərində təcrübə edilir.
Pfizer və BioNTech şirkətlərinin hazırldığı peyvəndlər koronavirusun erkən çağlarındakı insanlar üzərində aparılan sınaqlarda müsbət nəticələr verib.