Accessibility links

Pandemiya dövründə kiçik bizneslərin foto hekayələri


Pandemiya dövründə kiçik bizneslərin foto hekayələri
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Koronavirus pandemiyası Amerikadakı kiçik bizneslərə xüsusilə ağır təsir edib. Vaşinqton şəhərindəki bir fotoqraf iqtisadi böhranla üzləşən biznesləri kamerası ilə sənədləşdirməyə çalışır.

Bərbərxana sahibi, retro dəbində geyimlər mağazasının sahibi, konsert təşkilatçısı və Yunan çörək mağazasının sahibi - onların hamısı COVID-19 pandemiyasından əvvəl bizneslərini ayaqda saxlamaq üçün çox çalışmalı idilər. Lakin bu kimi bizneslərin çoxu pandemiya məhdudiyyətləri səbəbindən müvəqqəti bağlanmağa məcbur oldu.

Buna baxmayaraq, bəzi insanlar ən çətin vaxtlardan çıxa bilməyi bacarıb. Vaşinqtonda yaşayan fotoqraf Violetta Markelunu ilhamlandıran həmin insanların hekayələridir. "Fikrimcə işlərinizi və müqavilələrinizi itirmək və işsizliyə görə telefonda olmaq... Yəni demək istəyirəm ki, bunlar hər gün üzləşdiyiniz stresli işlərdir. Mən kiminsə mediada kiçik biznes sahiblərinə diqqət yetirən və onların problemlərini işıqlandıran birini görmədim.”

Markelu layihəsini belə başlayıb - Onun çəkdiyi hər bir fotoşəkildə kiçik biznesin arxasında duran insanların və pandemiya zamanı çökən bizneslərinin böhrandan necə xilas olduqları barədəki hekayəsi var.

Erika Riccio və Ancela Castis birlikdə dizayn biznesinin sahibidirlər. "Biz kiçik bir şirkətik və işçilərimiz bizim ailə üzvlərimiz kimidir. Biz həqiqətən buna belə baxır və ailəmizi təmin edə bilmədiyimizi düşünürdük. Hər şey dayandırıldığı üçün biz də hər bir sahibkarın etdiyini etdik. Bunun üçün bizim bir yerdə oturub ağlamağa vaxtımız yox idi, sadəcə bunu anlamaq lazım idi” - Deyə, Ancela Castis bildirir.

Erika Riccio bu böhranın ona faydalı bir şey öyrətdiyini deyir. "Biz e-dizayn xidmətlərini işə saldıq, bu müddət ərzində butiklərimizi onlayn-a yerləşdirə bildik və bu, əla oldu. Bunun müsbət tərəfləri var. Mən çox iş gördüyümüzü düşünürəm. Biz daha yaxşı işləməyə başladıq,vəzifələrimiz nədən ibarət olduğunu anladıq.”

Latın amerikalı restoran sahibi Lui Hankins 2020-ci ildə biznesinin nəhayət borcu olmayacağına ümid edirdi. Lakin pandemiya buna imkan verməsə də, o işindən razıdır. "Hələ də burada olmağıma, qapılarımın açıq olmasına, işçilərimin hələ də burada çalışmalarına və qazanc əldə etmələrinə, ailələrini təmin edə bilmələrinə görə şükür edirəm."

Markelu deyir ki, onun foto hekayələri ümidsizlikdən tutmuş ümid, ağır zəhmətdən tutmuş ilhama qədər çox şeydən danışır. “İnsanların kiçik bizneslərin nədən keçdiklərini, pandemiya zamanı nələrdən keçməli olduqlarını başa düşmələrini istəyirəm. Qapıları bağlayıb yenidən açmaq o qədər də asan deyil.”

XS
SM
MD
LG