Accessibility links

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: ABŞ-da koronavirusa 20 milyondan çox insan yoluxub


ABŞ-da koronavirusa gündəlik yoluxma hallarının sayı rekord həddə yaxınlaşır, belə ki, hökumət ölkədə artıq 20 milyondan çox insanın virusa yoluxmuş olduğunu deyib.

The Washington Post qəzetinin bildirdiyinə görə, ABŞ-da təkcə cümə axşamı 39 min 327 koronavirusa yeni yoluxma halı qeydə alınıb ki, bu da dekabr ayından, epidemiya yayılmağa başlayandan bəri ən yüksək göstəricidir.

Cons Hopkins Universiteti aprel 24-də yoluxanlaın sayının rekord həddə - 36 min 400-ə, çərşənbə günü isə 34 min 400 nəfər olduğunu bildirib.

Cümə axşamı NBC kanalının "Today" verilişinə verdiyi müsahibədə Harvard Qlobal Sağlamlıq İnstitutunun direktoru Aşiş Ja ABŞ-da son zamanlar yoluxmanın sürətlə artmasına səbəbin müvafiq təhlükəsizlik prosedurları olmadan ölkə iqtisadiyyatının vaxtından əvvəl açılması olduğunu deyib.

Bununla yanaşı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi cümə axşamı ölkədə koronavirusa yoluxma hallarının sayının bildirildiyindən 10 dəfə çox ola biləcəyini deyib.

Cons Hopkins Universitetinin hesablamalarına görə yoluxma hallarının sayının 2,5 milyon, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi isə həqiqi sayın 20 milyona yaxın olduğunu deyir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi belə bir qənaətə ölkə daxilində qan nümunələrini araşdırdıqdan sonra gəlib. Mərkəzin açıqlamasında deyilib ki, erkən testlər məhdud olduğu və ya yalnız simptomları olan insanlarda aparıldığı üçün çox hallar müəyyən edilməyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Birləşmiş Ştatlar əhalisinin 6 faizinin COVID-19-a yoluxduğunu təxmin edir.

ABŞ rəsmiləri keçən həftə gündəlik ölüm hallarının sayının azaldığını bildirsə də, yoluxma halların sayının getdikcə artdığı bildirib.

Əsasən cənub və qərb ştatları - Arizona, Kaliforniya, Nevada, Oklahoma və Texas olmaqla, bu həftə bir neçə ştatda gündəlik yoluxma halları rekord həddə çatıb. Digər şatalar da yoluxanların sayının artdığını bildirib.

Rəsmilər xəstəliyin sürətlə artması, xüsusən daha həssas və yaşlı insanlara yoluxdurma səbəbinin maskalar taxmaqdan imtina və sosial məsafə çağırışlarına məhəl qoymayan insanların olduğunu deyir.

Yeni koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Nyu-York isə ABŞ-ın səkkiz ştatından olan qonaqlardan iki həftəlik karantində qalmalarını tələb edib.

XS
SM
MD
LG