Prezident Donald Tramp şənbə günü Birləşmiş Ştatların fermerlərdən 3 milyard dollar dəyərində süd, ət mə meyvə-tərəvəz məhsulları almağa başlayacağını bildirib. Ölkədə işsizlik səviyyəsi artır və insanlar pulsuz ərzaq almaq üçün növbələrə dayanır.
“Gələn həftədən başlayaraq ABŞ, mənim göstərişimlə, fermerlərimiz,heyvandarlıq təsərrüfatının sahibləri və xüsusi məhsul yetişdirən fermerlərimizdən ərzaq bankları üçün 3 milyard dollar dəyərində süd və ət məhsulları, meyvə və tərəvəz alacaq”, Tramp Twitter səhifəsində yazıb.
Onun bununla ABŞ Kənd Təsərrüfatı Departamentinin apreldə açıqladığı 19 milyard dollarlıq yardım paketinə istinad edib-etmədiyi bəlli deyil. Departament həmin yardım paketi çərçivəsində 3 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları alacağını elan etmişdi.
Ağ məsələ ilə bağlı dərhal şərh verməyib.
Hökümətin cümə günü açıqladığı məlumata görə, ABŞ iqtisadiyyatı aprel ayında 20.5 milyon iş yeri itirib və işsizlik səviyyəsi 14.7 faizə çatıb.
Ölkədə aclıq səviyyəsi də artdığı bir vaxt ərzaq banklarında əsas qida məhsulları azalır. Koronavirus pandemiyası təchizat zəncirini pozub və fermerlər deyir ki, ət emalı müəssisələri bağlandığı üçün onlar məhsullarını məhv edir.