Accessibility links

ABŞ federal hakimi Obamacare-in konstitusiyaya zidd olduğuna dair qərar çıxarıb


ABŞ-nın federal hakimi Obamacare adı ilə tanınan səhiyyə qanununun qeyri-konstitusion olduğuna dair qərar çıxarıb.

Cümə günü ABŞ-ın Texas ştatında federal məhkəmə hakimi Rid O’Konnor qərar verib ki, ötən ilə ABŞ-da sağlamlıq sığortasının olmamasına görə tətbiq olunan cəriməni aradan qaldıran vergi qanunu bütöv Amerikanın Tibbi Sığorta Qanunu etibarsızlaşdırır.

Bu qərarla bağlı ABŞ Ali Məhkəməsinə apelyasiya şikayəti veriləcəyi gözlənilir.

Obamacare-in veb səhifəsi
Obamacare-in veb səhifəsi

Apelyasiya prosesi zamanı Amerikanın Tibbi Sığorta Qanunu qüvvədə qalmağa davam edəcək.

Ölkə boyu 11.8 milyon istehlakçı 2018-ci ildə Obamacare vasitəsilə tibbi sığorta əldə edib.

ABŞ prezidenti Donald Tramp prezident seçkisi kampaniyası zamanı tibbi sığortanı milyonlarla amerikalı üçün əlverişli edən Amerikanın Tibbi Sığorta Qanunu ləğv etməyi vəd etmişdi.

Ağ Evin sözçüsü Sara Sanders deyib ki, hakimin qərarı “prezident Trampın mövqeyini təsdiqləyir ki, Obamacare konstitusiyaya ziddir. Prezident bir daha Konqresi Obamacare-i əvəz etməyə və amerikalıları keyfiyyətli əlverişli sağlamlıq sığortası ilə təmin etməyə çağırır”.

“Bügünkü yanlış qərar bizim qarşımızı almayacaq” – deyə, Kaliforniyanın baş prokuroru Ksavyer Bekera bəyanatında bildirib. O, bu qanun layihəsinin əlayhinə olan ştatlar ittifaqının lideridir.

“Bizim koalisiya məhkəmədə bütün amerikalıların sağlamlıq və xoşbəxtliyi üçün mübarizə aparmağa davam edəcək”, o söyləyib.

XS
SM
MD
LG