ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13-iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək. O, səfər zamanı ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, Filip Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə bir araya gələrək, Gürcüstanın siyasi partiyaları arasında aprelin 19-da imzalanan sazişi, Rusiyanın davamlı təcavüzü və işğalını müzakirə edəcək.
Dövlət Katibinin köməkçisi Ermənistan və Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti və iş adamları ilə görüşərək ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.