Accessibility links

ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatı açıqlanıb


ABŞ iddia edir ki, dünya boyu insan haqları pozuntularının sayı artmaqdadır.

Dövlət katibi Con Kerri deyib ki, bəzi hökumətlər öz xalqının ifadə və sərbəst toplaşmaq azadlığını sistematik şəkildə pozur.

Cənab Kerri bu gün Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair ənənəvi hesabatının təqdimatında çıxış edib.

Dövlət katibi deyib ki, heç kəs öz fikrini ifadə etdiyinə görə həbs edilməməlidir.

Onun sözlərinə görə, Amerikanın insan haqlarına dair tarixi o qədər də ürəkaçan deyil. "Ancaq dünyada ABŞ-dan çox insan haqlarına əhəmiyyət verən ölkə yoxdur" - deyə dövlət katibi Kerri bildirib.
XS
SM
MD
LG