Accessibility links

ABŞ-da koronavirusa yoluxma halları ötən ilin iyun ayından bəri ən aşağı səviyyədədir


Birləşmiş Ştatlar boyu koronavirus halları son 11 ayda ən aşağı səviyyəyə düşüb və bu da vaksiyasiya kampaniyalarının həm COVID-19-un ağır formalarının həm də virusun yayılmasının qarşısını aldığına dair nikbinlik yaradıb.

Bu həftə yoluxma hallarının, xəstəxanaya yerləşənlərinin və ölənlərin sayı azaldığı bir vaxt, Amerikada pandemiyadan öncəki həyat böyük ölçüdə bərpa olnub. Ağ Evdə artıq insanlar maskasız toplana bilir, Alabamanın liman şəhəri Mobildə Mardi-Grass tipli parad keçirilib və hətta pandemiya ilə əlaqəli məhduduyyətlərin davam etdiyi ştatlar da bu məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır.

Lakin səhiyyə ekspertləri xəbərdarlıq edir ki, virusu öldürmək üçün kifayət qədər amerikalı peyvənd vurmayıb və bu da virusun yeni ştammlarının ortaya çıxa bilməsinə və pandemiyanın uzanmasına səbəb ola bilər.

Bu həftə ortalama yoluxma halları gündə 30 000-dən aşağı enib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski bunun 2020-ci ilin iyun ayının 18-dən bəri ən aşağı göstərici olduğunu söyləyib. Son yeddi gündə ortalama ölüm sayı da 552-ə düşüb ki, bu da ötəl ilin iyul ayından bəri ən aşağı göstəricidir.

“Hər kəftə keçdiyində və biz irəliləyiş gördüyümüzdə, bu rəqəmlər mənə ümid verir,” Valenski cümə günü mətbuat konfransında söyləyib.

Səhiyyə ekspertləri yoluxma və ölüm hallarının azalmasına görə vaksinasiya kampaniyasının effektiv şəkildə aparılmasını səbəb göstərir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, 18 yaşından yuxarı insanların 60 faizi azı bir doza peyvənd alıb, 50 faizi isə tam vaksin olunub. Lakin ölkə boyu vaksinlərə tələbat azalıb. Prezident Co Baydenin administrasiyası digər amerikalıları da vaksin vurmağa inandırmağa çalışır və bunun üçün vaksinin normal həyata qayıtmağa yol açdığına dair mesaj paylaşır.

Ohayo, Nyu York, Oreqon və başqa ştatlar insanları vaksin olmağa cəlb etmək üçün 5 milyon dollara qədər lotereya mükafatları təklif edirlər.

Ölkə boyu məkanlar və tədbrlər yenidən fəaliyyət göstərməyə başlayıb.

XS
SM
MD
LG