Accessibility links

ABŞ-ın cənub ştatlarında koronavirus sürətlə yayılır


Prezident Donald Trampın "tamamilə zərərsiz" səviyyədə olduğunu deməsinə baxmayaraq, ABŞ-ın cənub ştatlarının rəsmiləri son günlər koronavirus pandemiyasının bölgədə kəskin şəkildə artması ilə bağlı yeni narahatlıqlarını dilə gətirib.

Arizona ştatının qərbindəki Finiks şəhərinin meri Keyt Qalleqo ABC News kanalının "Bu Həftə" şousunda koronavirusa görə "mart və aprel aylarında bağlanan yerli iş yerlərini çox erkən açdıq" deyib.

"Biz böhran içərisindəyik" deyən Qalleqo 1.7 milyon əhalisi olan şəhərdə 59 min insanın yoluxdunu bildirib. O, koronavirus testləri keçirilən məntəqələrin həddən artıq dolu olduğunu deyib.

ABŞ-da əsasən ölkənin cənub-şərq hissəsindəki şəhərlərdə olmaqla, son bir neçə gün ərzində koronavirusa 50 mindən çox yeni yoluxma halının qeydə alındığı bildirilib.

Əsasən Nyu-York olmaqla, mart və aprel aylarında virusun ən ağır təsirinə məruz qalan şimal-şərq ştatlarında yoluxma halları nisbətən azalıb.

Hazırda koronavirusun ağır zərbə vurduğu bəzi bölgələrdə rəsmilər virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bununla yanaşı Nyu-York şəhəri gözəllik salonları kimi fərdi müəssisələr bazar ertəsindən yenidən müştərilərini qəbul etməyə başlayıb.

ABŞ-ın bəzi böyük şəhərlərində Müstəqillik Günü tədbirləri ləğv edilib.

Onlarla kiçik icmaların virusun yayılması təhlükəsi səbəbindən Müstəqillik Günü tədbirlərini ləğv etmələrinə baxmayaraq, ABŞ-ın bəzi böyük şəhərləri bayramı keçiriblər və Florida şənbə günü bir gündə qeydə alınan yoluxmaların sayında rekord vurub - 11,400-dən çox yeni yoluxma faktı.

"Şübhəsiz ki, açılandan bəri insanların yenidən ictimai yerlərdə sosiallaşmağa başlaması yeni yoluxmalara gətirib çıxarır" - deyə, Mayaminin meri Fransis Suarez ABC telekanalına bildirib. O, infeksiyaların böyük artımını "son dərəcə pis" adlandırıb, lakin "insanlar maska taxsalar, yayılmanı azaltmaq üçün yaxşı bir şansımız var" - deyə, o əlavə edib.

Texas ştatının Hyuston bölgəsinin Harris mahalında şənbə günü ümumi yeni yoluxmaların, yəni 35,000-nin dörddə biri qeydə alınıb.

Harris mahalının hakimi Lina İdalqo ABC-yə bildirib ki, arzulanan düşüncə nə yaxşı dövlət siyasəti, nə də səhiyyə siyasətidir. Nə etməli olduğumuz şey budur: evdə qalın. Fəal olmaq lazımdır"

Noyabr ayında keçmiş vitse-prezident Co Baydenə qarşı çətin seçki qarşıdurması ilə üzləşən Tramp koronavirusa qarşı peyvəndin tezliklə yaradılacağını proqnozlaşdırmağa davam edib.

"Həyat qurtaran müalicə üsullarını və nəticədə bir peyvəndi sürətlə inkişaf etdirmək və çatdırmaq üçün tarixi səylərimizin başında duran elm adamlarına və tədqiqatçılara təşəkkürümü bildirmək istəyirəm" - deyə, o bildirib. "Xalqımızın elmi parlaqlığını ortaya qoyuruq və çox güman ki, ilin sonuna qədər müalicə və ya peyvənd həlli tapılacaq."

Lakin Ərzaq və Dərman Administrasiyasının komissarı Stiven Han ABC-yə "peyvəndin nə vaxt olacağını təxmin edə bilmirəm" deyib. Onun sözlərinə görə, hazırda FDA potensial COVID-19-dan müalicənin 141 kliniki sınağı izləyir.

"Amerika xalqına verilən təntənəli sözümüz ondan ibarətdir ki, biz vaksinlə bağlı qərarı təhlükəsizliyə və effektivliyə əsaslanaraq məlumatlara və elmi nəticələrə uyğun verəcəyik" - deyə, Han bildirib. "O məlumatlar əldə edildikdə və bu məlumatlar daha gec olacağına ümid edirəm ki, həmin məlumatlara və elmə əsaslanaraq qərar verəcəyik".

XS
SM
MD
LG