Accessibility links

ABŞ-da saxta peyvənd kartları satanların sayı artmaqda davam edir


ABŞ-da saxta peyvənd kartları satanların sayı artmaqda davam edir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

ABŞ-da saxta peyvənd kartları satanların sayı artmaqda davam edir

Kibertəhlükəsizlik mütəxəssisləri saxta peyvənd kartları təklif edən və peyvənd qeydlərini elektron məlumat bazalarına əlavə etməyi vəd edən minlərlə sosial media hesabının olduğunu deyir.

Peyvənd olunmuş amerikalıların əksəriyyəti peyvənd olunduqlarını əl ilə doldurulmuş kiçik bir kağız parçası ilə sübut edir. Orada şəxsin tam adı, doğum tarixi, peyvəndin növü, dozanın sayı və nömrəsi qeyd olunur.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamentinin bildirdiyinə görə, bunun məqsədi fırıldaqçılıqdan qorunmaq deyil, məlumatlandırmaqdır. Departamentin işçisi İsaak Bledsoe: “Kart peyvənd olunduğunu bildirmək üçün provayderlə xəstə arasında ünsiyyət vasitəsi və əgər peyvənd olunubsa, ikinci dozanın vurulmasının gərək olduğunu göstərmək üçündür."

Bu kağız bu gün də Amerikada peyvəndin sübutu kimi geniş istifadə olunur. Lakin daha çox şirkət peyvənd sübutu tələb etdikcə, rəsmilər daha çox saxta kartlardan istifadə edildiyini deyir. İsaak Bledsoe: "Biz 2021-ci ilin əvvəlindən gündə 5-6 şikayət aldığımız halda, indi saxta peyvənd kartları ilə bağlı qaynar xəttimizə gündə 20-25 şikayət gəlir."

Kibertəhlükəsizlik mütəxəssisləri deyirlər ki, əsasən Darknet şəbəkədə saxta peyvənd kartları təklif edən saytlar indi internetdə daha geniş istifadə olunan saytlara keçib. “Bu, olduqca pis haldır. Onlar bu kartları satmaq və tanıtmaq üçün Facebook, Instagram, Telegram və WhatsApp-dan istifadə edirlər”.

Bəzi onlayn qruplarda saxta peyvənd kartları açıq şəkildə təklif olunur və xoşbəxt müştərilər hətta saxta şəkillərini dərc edir. Təhlükəsiz İnternet Koalisiyasının mütəxəssisləri bunu hətta özləri də sınayıb. Fırıldaqçılar onlara tez cavab verir və ABŞ-da çatdırılmasına zəmanət verir.

Check Point Software Technologies-in ekspertlərinin dediyinə görə, hökumətin federal işçilər üçün vaksin mandatından sonra satışlar kəskin şəkildə artıb. Brayen Linder: "Saxta peyvənd kartları satanların sayı təxminən on dəfə artıb. Avqustda satıcıların sayı 1000-ə yaxın idisə, sentyabrda elandan sonra bu, 10 minə çatdı."

Check Point Software Technologies-in mütəxəssisləri deyirlər ki, mümkün həll yolu vahid federal peyvənd məlumat bazası və peyvəndin statusunu təsdiq edən rəqəmsal kartların hazırlanmasıdır. Bəzi Avropa ölkələri artıq bunu edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG