Accessibility links

Co Bayden: Yoluxma hallarının sayı artmaqda davam edəcək


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı COVID-19-a səbəb olan virusun olduqca yoluxucu omikron variantına görə qarşıdan gələn həftələrin çətin olacağı barədə xəbərdarlıq edərək, "yoluxma hallarının sayının artmaqda davamlı edəcəyini" deyib.

Prezident bu açıqlamaları çərşənbə axşamı COVID-19 üzrə işçi qrupu ilə görüşdükdən sonra verib. Bayden amerikalıları "mövcud imkanlardan istifadə etməyə" çağıraraq deyib ki, "peyvənd olunmamaq üçün heç bir bəhanə yoxdur".

Bayden həmçinin hazırda bir çox amerikalını məyus edən test çatışmazlığı məsələsinə də toxunub, gücləndirici dozalar və testlərin artırılacağına söz verib.

"Biz vəziyyəti yaxşılaşdırırıq" - deyə, Bayden bildirib və əlavə edib ki, hökumətə COVID-19 həblərinin sifarişini 10 milyondan 20 milyona artırılması barədə göstəriş verib.

Bloomberg agentliyinin çərşənbə axşamı bildirdiyinə görə, Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları ən yüksək həddə çatıb, belə ki, 24 saat ərzində 1 milyondan çox yoluxma halı qeydə alınıb.

Omikron variantı barədə ilk dəfə Cənubi Afrika alimləri məlumat verib. Cənubi Afrikanın bu yaxınlara qədər COVID-19 İşçi Qrupuna rəhbərlik edən aparıcı həkimi Səlim Əbdül Kərim çərşənbə axşamı Amerikanın Səsinə bu variantın sürətlə yayıldığını deyib.

"Bu, olduqca təəccüblüdür. Bu, deltadan demək olar ki, iki dəfə sürətlidir. Beləliklə, yoluxma halları sürətlə artır. Mən bunu bəzən Everest dağının şimal tərəfi kimi təsvir edirəm - o, yüksəlir, son dərəcə sürətlə yüksəlir. Amma tez bir zamanda zirvəyə çatır. İndi biz ikinci dalğanın zirvəsinə çatmaq üzrəyik, təxminən altı həftə ərzində. Beləliklə, sürətlə yüksəlir və sürətlə aşağı düşür" - deyə, Səlim Əbdül Kərim bildirib.

Onun sözlərinə görə, vaksinasiya nisbətinin 49 faiz qlobal orta göstərici ilə müqayisədə daha aşağı olduğu Cənubi Afrikada - ölkədə təxminən əhalinin 30 faizi peyvənd olunub - xəstəliyin daha az ciddi nəticələri olub.

XS
SM
MD
LG