Accessibility links

ABŞ Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır


Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan
Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan

ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüşləri alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında bildirib.

“Biz regionda sülhün bərqərar olması üçün onların gələcəkdə birbaşa əlaqələrini güclü şəkildə dəstəkləyirik,” Prays qeyd edib.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib.

Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir ki, Prezident Mişel Aİ-nin hər iki lideri hərtərəfli sülh sazişi ilə əsaslandırılmış regionda davamlı sülhün bərqərar olması məqsədilə münaqişənin aradan qaldırılması, əməkdaşlıq və etimad mühitinin yaradılması istiqamətində Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə inandırıb. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların mənafeyi naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.

Prezident Mişel həmçinin bütün ölkələrin suverenliyinə tam hörmətlə yanaşı, Ermənistan və Azərbaycan, xüsusilə də Cənubi Qafqaz ölkələri arasında kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb.

Prezident Mişel bildirib ki, liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

XS
SM
MD
LG