Ara seçkilərinin nəticələrinə əsasən Respublikaçıların gələn ilin əvvəlində Senata nəzarət edəcəyi müəyyən edilib. Bu halda Barak Obama prezidentliyinin son iki ilində fərqli xarici siyasət mənzərəsi ilə qarşılaşacaq.
Amerika Universitetinin professoru Qay Ziv bildirir ki, Respublikaçıların Konqresin hər iki palatasına nəzarət etməsi prezidentin iki əsas xarici siyasət hədəfinə çatmasını çətinləşdirəcək.
Bu situasiya prezident Obamanın İranla nüvə danışıqlarında və İsrail-Fələstin sülh prosesində istədiyi nailiyyəti əldə etməsini çətinləşdirəcək. Təəssüf ki, bu məsələlərin hər ikisi illərdir Kapitolidə siyasi partiyalar arasında futbol topuna çevrilib.Qay Ziv, Amerika Universiteti
“Bu situasiya prezident Obamanın İranla nüvə danışıqlarında və İsrail-Fələstin sülh prosesində istədiyi nailiyyəti əldə etməsini çətinləşdirəcək. Təəssüf ki, bu məsələlərin hər ikisi illərdir Kapitolidə siyasi partiyalar arasında futbol topuna çevrilib.”
İranla nüvə proqramı ilə bağlı danışıqlar bu ayın sonunda başa çatmalıdır. Beynəlxalq vasitəçilər İrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsinin əvəzinə İranın atom fəaliyyətini məhdudlaşdırmasını təklif edirlər.
Əksər Senat Respublikaçıları Tehrana hər hansı uran zənginləşdirilməsinə icazə verən sazişdən çəkinirlər, lakin Prezident Obamanın Konqresin razılığı olmadan sanksiyaları aradan qaldırmaq səlahiyyəti var.
Kato İnstitutunun təhlilçisi Castin Loqan bildirir ki, Respublikaçılar daha da sərt şəkildə İrana qarşı dursalar bu situasiya dəyişə bilər.
“Ehtimal var ki, böyük Respublikaçı dalğası və onların Senata nəzarəti İrana qarşı yeni sanksiyaların tətbiqinə yol açar. Lakin bu halda konqress öhdəlik götürməlidir və bu qanunda öz izini buraxmalıdır. Tarixən isə onlar bunun etməkdən çəkiniblər.”
Atlantik Şurası təşkilatının təhlilçisi Robert Manninq bilririr ki, Respublikaçı senator Con MakKeyn partiyasının ABŞ-ın Suriyanda mötədil üsyançılara ləng dəstəyinə görə tənqidlərinə başçılıq edir və ABŞ-ın daha aktiv hərbi iştirakını dəstəkləyə bilər.
“Mən düşünürəm ki, təhlükəsizlik baxımdan, Senator Makkeyn Senatın Silahlı Qüvvələr Komitəsini ələ alacaq, və düşünürəm ki, bu addım müdafiə xərcləri və bizim Yaxın Şərq və digər yerlərdəki hərbi əməliyyatlarımızla bağlı mübahisə yaradacaq.”
ABŞ Suriya üsyançılarına təlim və silahlandırma proqramları yaratsa belə, İslam Dövləti militantlarına qarşı mübarizə davam edənə qədər bu məsələ aradan qalxmayacaq.
Düşünürəm ki, Senator Con Makkeyn Senatın Silahlı Qüvvələr Komitəsinə rəhbərlik edəcək, və düşünürəm ki, bu addım müdafiə xərcləri və bizim Yaxın Şərq və digər yerlərdəki hərbi əməliyyatlarımızla bağlı mübahisə yaradacaq.Robert Manninq, Atlantik Şurası
“Artıq bir proqram tətbiq olunub. Bu proqram senator MakKeynin istədiyi kimi tətbiq olunmur. Ona görə də mən düşünürəm ki, yeganə dəyişiklik danışıqların necə aparılacağı, Konqresdə nə cür dinləmələr keçirləcəyi, senatdakı Respublikaçıların mətbuata necə təsir edəcəyi və prezidentin siyasəti barədə nələrin müzakirə olunacağı barədə olacaq.”
Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ diplomatları Konqresə kim nəzarət edirsə onunla əməkdaşlıq edirlər.
“Dövlət Departamenti bitərəf qurumdur və biz həm Demokratlar həm də Respublikaçılarla işləyirik, ona görə də biz belə etməyə davam edəcəyik.”
Dövlət katibi Kerrinin işinə gəlincə, bu seçki kampaniyası zamanı bəzi mətbuat orqanları Obama administrasiyası mənbələrindən sitat gətirərək bildirib ki, Kerrinin xarici siyasət prioritetləri prezidentin görüşləri ilə üst-üstə düşmədiyi üçün onlar Kerrini tənqid ediblər. Mətbuat katibi Psaki isə deyir ki, Ağ Ev aydın edib ki, Kerri işinə davam edəcək.