Birləşmiş Ştatlar Suriyanın Şayrat avia bazasında mümkün kimyəvi hücuma hazırlıqların getdiyini müşahidə edib. Bu bazadan aprel ayında Xan Şeyxunda 80 nəfərin ölümülə nəticələnmiş kimyəvi hücum zamanı istifadə edilib.
Pentaqonun bildirdiyinə görə, bu hazırlıqlar kimyəvi silahlardan istifadə edilən xüsusi anqarda xüsusi növlü təyyarənin cəlb olunmasını əhatə edir.
“Biz hərbi hava qüvvələrinin Şayrat bazasında Suriya rejiminin kimyəvi silahlardan istifadə etmək niyyəti kimi izah edilə bilən fəaliyyətləri müşahidə etmişik. Bu fəaliyyətlər rejimin aprel ayında Xan Şeyxunda kimyəvi silahlardan istifadə etməzdən əvvəlki fəaliyyətlərinə bənzəyir”, Pentaqonun sözçüsü Adrian Rankayn Qallovey Amerikanın Səsinə bildirib.
Biz hərbi hava qüvvələrinin Şayrat bazasında Suriya rejiminin kimyəvi silahlardan istifadə etmək niyyəti kimi izah edilə bilən fəaliyyətləri müşahidə etmişik.Adrian Rankayn Qallovey
Qallovey Əsəd rejiminin bundan əvvəl kimyəvi silahlardan istifadə etməsini regionda sabitlik üçün açıq-aşkar təhlükə adlandırıb. O deyib ki, Suriyada kimyəvi silahların mövcudluğu ABŞ tərəfindən onların ölkədəki terror qruplarının əlinə keçməsinə görə narahatlıqla qarşılanır.
Qallovey Amerikanın Səsinə bildirib ki, Müdafiə nazirliyi Ağ Evin sözçüsü Şon Spayserin bəyanatından xəbərdardır. Spayserin bəyanatında deyilir ki, ABŞ mümkün kimyəvi hazırlıqların getdiyini müəyyən edib.
Spayser xəbərdarlıq edib ki, Suriya hərbi qüvvələri daha bir kimyəvi hücum keçirdə, bunun “ağır bədəlini ödəyəcək”.
Suriya rəsmiləri bu iddiaları rədd ediblər.
Aprel ayında 80 nəfərdən çox insanın həyatını itirdiyi kimyəvi hücumdan sonra ABŞ Şayrat avia bazasına Tomahavk tiplı qanadlı raketlərdən hava zərbələri endirib. Hücum zamanı 20 təyyarə məhv edilib və sıradan çıxarılıb, hərbi təyyarələrin saxlandığı anqar, hərbi sursat anbarı və radarlar dağıdılıb.