ABŞ-da qar və soyuq hava şəraiti insanların səfər planlarını təxirə salması ilə nəticələnib.
Çərşənbə axşamı ölkənin paytaxtı Vaşinqtonda 12 santimetr hündürlüyündə qar yağıb. Gözlənildiyindən daha çox yağan qar ABŞ-ın baş prokuroru Erik Holderin Nyu York ştatının sabiq qubernatoru Mario Kuomonun dəfn mərasiminə qatılmaq planlanların mane olub.
İllinoys ştatının Çikaqo şəhərində dərmir yolu rəsmiləri kəskin soyuq hava proqnozlaşdırıldığı üçün mühərrikkləri axşam söndürməyib. Stansiyanın işçiləri eletkrik verilməsinə nəzarət etmək üçün növbə ilə işləyib.
ABŞ-ın şərq və mərkəzi bölgələrində isə növbəti iki gündə temperaturun daha da aşağı olacağı gözlənilir.