Accessibility links

Daha üç respublikaçı prezidentliyə namizədliyini irəli sürəcək


Onların sırasına Ben Karson, Karli Fiorina və Mayk Hakabi daxildir

2016-cı ildə keçiriləcək prezident seçkilərinə namizədlərin sayı artır. Bu həftə üç görkəmli respublikaçı prezident yarışına qoşulub.

Bazar günü verdiyi müsahibədə təqaüddə olan nerocərrah Ben Karson bildirib ki, namizədliyini rəsmən bazar ertəsi Detroytda keçiriləcək tədbirdə açıqlayacaq.

Bundan əlavə bazar ertəsi Hewlett-Packard şirkətinin sabiq icraçı direktoru Karli Fiorinanın da namizədliyini açıqlayacağı gözlənilir. O, 2008-ci il prezident yarışlarında məğlub olan senator Con MakKeynin iqtisadi müşaviri vəzifəsində çalışıb.

2010-cu ildə Fiorina ABŞ Senatına da namizədliyini irəli sürüb, ancaq Barbara Bokserə məğlub olub.

Karson iki il öncə prezident Barak Obamanın səhiyyə təşəbbüsünü tənqid etdikdən sonra tanınıb.

2008-ci il prezident seçkilərində iştirak edən digər namizəd Arkanzasın qubernatoru Mayk Hakabinin namizədliyini çərşənbə günü açıqlayacağı gözlənilir.

Respublikaçı namizədlərin sırasına senator Ted Kruz, Rand Pol və Mark Rubio daxildir.

Uiskonsinin qubernatoru Skot Ualker və sabiq Florida qubernatoru Ceb Buşun da yarışa qoşulacaqları təxmin edilir.

XS
SM
MD
LG