Accessibility links

ABŞ İslam Dövləti qrupuna qarşı koalisiya yaradır


ABŞ Dövlət katibi Con Kerri Suriya və İraqda mülki vətəndaşların qətlə yetirilməsinə görə məsuliyyət daşıyan İslam Dövləti qrupuna qarşı beynəlxalq koalisiyanın yaradılması səylərinə başçılıq edir. Bu necə bir koalisiya olacaq?

Birləşmiş Ştatlar İraqda İslam Dövləti qrupunun döyüşçülərinə qarşı hava hücumları ilə kifayətlənməyərək, Suriyada qərargahlanan militantlara qarşı daha geniş koalisiya yaradır

NATO sammitindən öncə Estoniyaya səfəri zamanı Tallində danışan ABŞ prezidenti Barak Obama deyib ki, İŞİD adı ilə də tanınan İslam Dövləti qrupuna qarşı koalisiyanın yaradılması Suriyada hakimiyyət vakuumuna görə çətinlik təşkil edir.

“İŞİD-in ələ keçirdiyi bəzi ərazilərdə sünni qəbilələrlə əlaq yaratmaq üçün regional koalisiya formalaşdıra bilməyimiz vaxt aparacaq. Artıq başladığımız hava hücumlarıilə birlikdə yerdə də müttəfiqlərimizin olması üçün. Beləliklə bizim məqsədimiz aydındır və bu da İŞİD-in təhlükə təşkil edə bilməməsi üçün qrupu dağıdıb məhv etməkdən ibarətdir”-deyə ABŞ prezidenti bildirib.

Təhlilçi Nora Bensahelin sözlərinə görə, belə bir koalisiyada tərəfdaşlar müxtəlif yollarla iştirak edə bilər.

“Birləşmiş Ştatlar İŞİD-ə qarşı eyni mövqedə olan ölkələrin koalisiyasını yaratmaq və qrupa qarşı diplomatik səyləri gücləndirmək, potensial iqtisadi səylər, maliyyə sanksiyaları, kəfiyyat məlumatlarının bölüşdürülməsi kimi məsələlər üzərində işləyərək, hava hücumları həyata keçirmək üçün bəzi ölkələri koalisiyaya gətirmək istəyir”-deyə təhlilçi bildirir.

Onun fikrincə, bütün bunlar İŞİD-ə qarşı mübarizə aparan İraq qüvvələri ilə koordinasiya edilməlidir.

“İŞİD-i müəyyən vaxt çərçivəsində geri çəkilməyə məcbur edə biləcək yeganə qüvvələr yerli qüvvələrdir. Onlara təlim və məsləhət verilməsi səyləri bununla izah edilir. Birləşmiş Ştatlar bu işi görür”-deyə o bildirir.

İraq qüvvələri İslam Dövləti qrupunun əleyhinə olan İranın dəstəklədiyi Bağdad hökumətinə tabe olacaq. ABŞ-ın İraqdakı keçmiş səfiri Rayan Kroker Tehran və Vaşinqtonun eyni düşmənə qarşı mübarizə aparması koalisiyanın yaradılması səylərini çətinləşdirə bilər. “Çox mürəkkəb bir dövrdə yaşayırıq. İraqlılar sünnilərin də siyasi prosesə cəlb edilməsinə imkan verəcək geniş təmsil edilən hökumət yaratmağa çalışır. İran və Birləşmiş Ştatlar arasında hər hansı açıq əməkdaşlıq problemlərin həll edilməsi əvəzinə daha çox problem yaradar”-deyə o bildirir.

Amerika universitetinin professoru Əkbər Əhmədin fikrincə isə İranın aktiv rolu Səudiyyə Ərəbistanı və Misir kimi İslam Dövləti əleyhinə koalisiyanın mühüm üzvləri olan ölkələri narahat edə bilər. “Vəhşiliklər, edamlar, azlıqlar və xristianlara qarşı pis rəftar halları, bütün bunlara son qoyulmalıdır. Birləşmiş Ştatlar fikriləşirsə ki bunu bomba və raket atmaqla etmək olar, o zaman bunun baş verəcəyini gözləmirəm”-deyə o bildirir.

Professor Əhməd deyir ki, Obama administrasiyası Birləşmiş Ştatların Səddam Hüseynə qarşı müharibə zamanı yol verilmiş səhvləri təkrar etməməlidir. Bu səhvlər İraqda sünni militantlar arasında narazılığın güclənməsi və İslam Dövlətinin yaradılması ilə nəticələnmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG