Accessibility links

ABŞ-dan İranda etirazlara reaksiya


Tehranda etirazlar, 31 dekabr 2017
Tehranda etirazlar, 31 dekabr 2017

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranda etirazlarla əlaqədar bəyanat açıqlayıb.

“Yeni ildə bizim ümidlərimiz və dualarımız Şimali Koreya, Venesuela, Kuba və xüsusilə də uzun illərdir repressiyalara məruz qalmış İran xalqının indi öz səsini ucaltdığı İranda zülmkar hökumətlərdən əziyyət çəkən milyonlarla insanlarladır. İran hökuməti öz xalqı tərəfindən sınağa çəkilir. Biz azadlıq və insan haqlarının zəfər çalmasına dua edirik”, Nikki Heyli bəyanatında bildirib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

ABŞ prezidenti Donald Tramp İranda üç gündür etiraz nümayişlərinin başladığı vaxtdan Twitter sosial şəbəkəsində mesajlarla çıxış edib. Tramp bu mesajların birində ABŞ-ın insan haqları pozuntularını diqqətlə izlədiyini yazıb.

“İranda böyük etirazlar edilir. İnsanlar nəhayət onların pulu və rifahının oğurlanıb terrorizmə sərf edildiyini başa düşməyə başlayır. Belə görünür, onlar bundan sonra bunu götürməyəcəklər. ABŞ insan haqları pozuntularını diqqətlə izləyir!”

Prezident Donald Tramp şənbə günü İran hökumətini qınayaraq, sentyabrın 19-da BMT-nin Baş Assambleyasının sessiyası zamanı çıxışından hissələri Twitter səhifəsində yerləşdirib. O, Ruhani hökumətinin və ondan əvvəl hakimiyyətdə olanların İran xalqına uzun illərdir zülm etdiklərinə görə məsuliyyət daşıdığını deyib.

“Repressiv rejimlər əbədi olaraq dayana bilməz və bir gün gələcək, İran xalqı seçimini edəcək. Dünya izləyir!”

XS
SM
MD
LG