ABŞ hərbi qüvvələri Somalidə Əl-Şəbəb qrupuna qarşı raket hücumu keçirildiyini bildirib. Raket hücumu Tramp administrasiyasının Afrikada islamçı ekstremist qruplara qarşı mübarizənin artırılması səylərinin bir hissəsi olaraq keçirilib.
Pentaqonun sözçüsü Audrisiya M. Harris bildirib ki, hava hücumu bazar günü günorta saatlarında keçirilib və ABŞ onun nəticələrini dəyərləndirir.
Somali rəsmiləri ABŞ-ın son illər Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb qrupuna qarşı bir neçə dron hücumu keçirdiyini bildirib.
İyun ayında ABŞ hərbi qüvvələri ölkənin cənubunda üsyançıların komandanlığı və təchizat düşərgəsinə səkkiz islamçı ektremistin ölümülə nəticələnmiş hücum keçirmişdi. Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd Somalinin və tərəfdaş ölkələrin hərbi qüvvələrinin Orta Cuba regionunda Sakovda təlim düşərgəsini dağıtdığını bildirmişdi.
Prezident Donald Tramp Əl-Şəbəbə qarşı hərbi əməliyyatların genişləndirilməsini təsdiq edib. Buraya Somalinin cənubunda aktiv düşmənçilik əməliyyatlarının daha çox olduğu yerlərdə daha aqressiv hava hücumlarının keçirilməsi daxildir. Aprel ayında ABŞ Somaliyə onlara nizami ordu əsgərlərinin göndərildiyini elan edib. Bu, son 20 ilə yaxın müddət ərzində Somaliyə göndərilmiş ən böyük hərbi kontingent hesab edilir. ABŞ əsgəri qüvvənin Somali ordusuna təlim verilməsi məqsədilə göndərildiyini bildirib.
Əl-Şəbəb keçən il Afrikada ən çox insan ölümünə səbəb olmuş hücumlar törədib. Vaşinqtonda yerləşən Afrika Strateji Tədqiqatlar Mərkəzinin verdiyi məlumata görə, 2016-cı ildə Əl-Şəbəb törədilən hücumlar nəticəsində 4 min 200-dən çox insan həyatını itirib.