Accessibility links

Birləşmiş Ştatlar Əfqan Muxtarlının azad edilməsinə çağırır


Dövlət Departamentinin sözçüsü Hether Nauert
Dövlət Departamentinin sözçüsü Hether Nauert

Birləşmiş Ştatlar jurnalist Əfqan Muxtarlının altı il azadlıqdan məhrum edilməsindən narahatlıq keçirdiyini bəyan edib və Azərbaycan hökumətini onu azad etməyə çağırıb. Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Hether Nauertin Əfqan Muxtarlının həbsə məhkum edilməsi ilə bağlı açıqladığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar azərbaycanlı jurnalist Əfqan Muxtarlının altı il müddətinə azadlıqdan məhrum edilməsini narahatlıqla qarşılayır. Cənab Muxtarlı xəbər verildiyi kimi mayın 30-da Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda siyasi motivli hesab edilən qaçaqmalçılıq və bununla bağlı digər ittihamlarla həbs edilb.

Biz Azərbaycan hökumətini cənab Muxtarlı və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş digər şəxsləri azad etməyə çağırırıq.

Biz məlumat verildiyi kimi qaçırılma işi ilə bağlı Gürcüstanın təhqiqatını diqqətlə izləyirik və işin tam, şəffaf və vaxtında aparılmalı olduğu çağırışını bir daha təkrar edirik”, Dövlət Departamentinin sözçüsünün bəyanatında deyilir.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Yanvarın 12-də Balakən rayon Məhkəməsinin hökmü ilə jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Jurnalist özü cinayət işinin saxtalaşdırıldığını və hakim elitanın korrupsiya faktlarını araşdırdığına görə təqib olunduğunu bildirib.

Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəammalı şəkildə Azərbaycana gətirilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis əməkdaşları Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə ediblər.

XS
SM
MD
LG