Accessibility links

2016-cı ildə Birləşmiş Ştatlardan 450 mindən çox şəxs deportasiya edilib


ABŞ-ın Sərhəd Mühafizə xidmətinin işçiləri Amerika-Meksika sərhədində
ABŞ-ın Sərhəd Mühafizə xidmətinin işçiləri Amerika-Meksika sərhədində

ABŞ-ın Daxili təhlükəsizilik nazirliyi 2016-cı ildə ölkə boyu mühacirət qanunlarının pozulması ilə əlaqədar 500 mindən çox şəxsi saxlayıb. Cümə günü açıqlanmış hesabatdakı rəqəmlər keçən illə müqayisədə daha yüksəkdir.

Daxili təhlükəsizilik nazirliyinin 2016-cı il üçün açıqladığı hesabatda ABŞ-ın immiqrasiya rəsmilərinin ictimai asayişin qorunması və dövlət sərhədinin müdafiəsi istiqamətində səyləri və gördüyü işlər öz əksini tapıb.
İmmiqrasiya səbəbi ilə həbslərin sayı keçən illə müqayisədə daha yüksək olsa da, hesabatda qeyd edilir ki, bu, 1980 və 2008-ci illər arasında müşahidə edilən həbslərin yalnız bir hissəsini təşkil edir.

"Biz federal hökumətin on illərdir investisiya etdiyi sərhəd təhlükəsizliyinin gücləndirilməsi işini davam etdiririk. Bu səylər öz nəticələrini göstərir. Son illər sərhədin pozulmasının əsas göstəricisi olan sərhəddə həbslər əvvəl oduğundan qat-qat azdır"-deyə Daxili təhlükəsizilik naziri Ceh Conson bəyanatda bildirib.

Daxili təhlükəsizilik nazirliyinin hesabatında həmçinin qeyd edilir ki, həbs edilənlərin əsas hissəsi "prioritet" kateqoriyasına daxil olub. Bu o deməkdir ki, saxlanılan şəxslər ya sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərib, ya da qanqster birləşmələrinin üzvü kimi ölkənin milli təhlükəsizliyinə hədə törədib.

ABŞ-ın İmmiqrasiya və Gömrük mühafizə, eləcə də Gömrük və Sərhəd orqanlarının işçiləri 2016-cı ildə 450 min 954 nəfəri ölkədən deportasiya edib. Bu şəxslərin 94 faizi "prioritet" kateqoriyasına daxil olan insanlardır.
2016-cı ildə valdeynlərinin müşayiəti olmadan sərhədi keçməyə cəhd göstərən 60 min uşaq saxlanıb.

Daxili təhlükəsizilik nazirliyi Mərkəzi Amerika ölkələrindən miqrasiyanın əsas səbəblərinin müəyyənləşdiriməsi ilə bağlı işi davam etdirdiyini bildirib.

XS
SM
MD
LG