Accessibility links

ABŞ-ın Çindəki diplomatları və ailə üzvləri tibbi müayinədən keçib


Birləşmiş Ştatların Çinin Quançjou şəhərindəki diplomatları və ailə üzvləri tibbi müayinədən keçib və hal-hazırda öz ölkələrindədir. Müayinənin səbəbi ABŞ hökümət əməkdaşında müəyyən edilən müəmmalı simptomlar olub.

Dövlət Departamenti keçən ay əməkdaşının qeyri-adi səs eşitməyə başlamasından və təzyiq hiss etməsindən sonra işçilərinə xəbərdarlıq göndərib. Həmin əməkdaşa yüngül travmalı beyin zədəsi diaqnozu qoyulub.

Dövlət katibi Mayk Pompeeo hadisəni “ciddi tibbi insident” kimi təsvir edib.

Dövlət Departamenti sözçüsü Hezer Nauertin yaydığı bəyanatda deyilir ki, ABŞ-ın səhiyyə peşəkarları müayinələrini davam edərək, hökümət əməkdaşlarının daha öncəki şikayətlərə müvafiq simptomlara malik olub-olmadığını müəyyən etməyə çalışacaq.

Birləşmiş Ştatların keçən il verdiyi məlumatda oxşaq qeyri-müəyyən simptomlar Kubada çalışan hökümət əməkdaşı və onun ailə üzvlərində müşahidə edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG