Accessibility links

ABŞ-da opioid və heroin asılılığına qarşı mübarizə başlayıb [Video]


ABŞ-da opioid və heroin asılılığına qarşı mübarizə başlayıb
please wait

No media source currently available

0:00 0:04:17 0:00

ABŞ-da opioid və heroin asılılığına qarşı mübarizə başlayıb

Hər gün Filadelfiyanın Kensinqton məhəlləsindəki küçələrdə amerikalılar opioidla əlaqəli artıq dozadan ölür. Opioid asılılığından əziyyət çəkən və soyadını gizlədən Antoni bu ölümlərin canlı şahidi olub.

“Mən narkotik istifadə etmək üçün qatarlar olan əraziyə gedəndə oğlanı tapdım. O ölmüşdü və günlərdi burda imiş. O da kiminsə uşağıdır, kiminsə atasıdır, kiminsə qardaşıdır.” - deyə Antoni bildirib.

Amerikanın opioid epidemiyasının yayılmasına Oxycodone kimi həplərin artıq istifadəsi səbəb olur.

1999-cu ildən bu yana opioidin istifadəsinin səbəb olduğu artıq dozadan ölənlərin sayı 183000-dən çoxdur. Laboratotiyada hazırlanmış sintetik opioidlərin ortaya çıxması ölüm hallarının dərəcəsini dörd dəfə artırıb.

Əvvəlki narkotik böhranlarından fərqli olaraq bu daha çox ailə həkimləri ilə başlayır. Con Dombrovskin təcrübəsi opioidlərin alternativləri üzərinə fokuslanmaqdır. Onun sözlərinə görə, əvvəlki həkimlər bu dərmanları yazmağa həvəsli idilər.

Opioidləri ağrının qarşısını ala bilir. Amma bunun da yan təsirləri var. Əgər başqa dərmanlarla qarışdırsanız bu sizdə asılılıq yarada bilir. Beləliklə, xəstə qanuni dərman əldə edə bilməyən heroin ucuz və alternativ opioidlərə üz tutur.

Ekspertlər deyirlər ki, epidemiyanı dayandırmaq üçün edilən səylərin artılmasına səbəb yalnız aludəçilərin sayının çoxalması deyil, həm də kimlərin bu asılılığa aludə olmasıdır.

Hökumətin səhiyyə rəsmiləri deyirlər ki, hədəf uzun müddətdir aludə olmuş şəxsləri müalicə etməklə bərabər həm də gələcəkdə aludə ola biləcək insanların qarçısını almaqdır.

XS
SM
MD
LG