Accessibility links

ABŞ-da İŞİD-ə qoşulmağa çalışanların məhkəməsi davam edir


ABŞ federal məhkəməsi Minneapolis şəhərində İŞİD yaraqlı qruplaşmasına qoyuşmağa çalışmaqda ittiham edilən Somalidən olan 3 amerikalının məhkəmə prosesini artıq 2-ci həftədir davam etdirir.

22 yaşlı Məhəmməd Fərah, 21 yaşlı Quled Ömər və 22 yaşlı Abdirəhman Daud ABŞ-dan kənarda qətllər planlaşdırdıqlarına görə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Onların hər üçü ittiham üzrə günahkar olmaqdıqlarını bildirib.

Amerikanın Səsinin Somali redaksiyasına açıqlamasında Quled Ömərin anası Fadumo Hüseyn iddia edib ki, FBI gəncləri ayrı-ayrı dindirərək, bir-birilərinə qarşı saxta ifadələr almağa çalışır.

Əməkdaşlıq edən 20 yaşlı şahid Abdullahi Yusuf müttəhimlərə qarşı ifadə verib. Müttəhimlərin keçmiş dostu olan Yusuf Suriyaya getməyə çalışan zaman həbs edilib və o, hazırda İŞİD-ə material dəstək təmin etməkdə ittham olunur.

3 müttəhim 2014-cü ilin martından 2015-ci ilin aprelinədək terror qruplaşmasına qoşulmaq məqsədi ilə Suriyaya getmək yollarını müzakirə etmək üçün dəfələrlə görüşüblər. Ancaq onlar təyyarəyə minən zaman hüquq-mühafizəçiləri tərəfindən saxlanıblar.

Məhkəmə prosesinin hələ növbəti iki həftə ərzində davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG