ABŞ Ədliyyə Departamentinin Xarici Prokurorluqların İnkişafına Yardım və Treninq İdarəsi ilə birgə noyabrın 16-da 25 azərbaycanlı hakim üçün “Əsas məhkəmə vərdişləri” mövzusunda üç günlük seminar başlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, seminar azərbaycanlı və amerikalı hakimlər arasında davamlı peşəkar mübadilənin bir hissəsidir.
Seminara mühakimə etmə, məhkəmə rəyinin yazılması, hakim etikası və hökm oxuma mövzuları daxildir.
Seminarı ABŞ-ın Sakramento rayon məhkəməsinin ilk instansiya hakimi Kendall Newman, Viskonsin ştatının qərb bölgəsindən prokuror John Vaudreuil və ABŞ səfirliyinin rezident hüquqi məsləhətçisi James Benedetto aparır.
AB. səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan tədbirin açılışında nitq söyləyib. “Seminar məhkəmə sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının mühüm hissəsidir”, o qeyd edib.